Masallıda orta məktəbdə olay: “Bayraq dirəyini sındırdılar, otağı dağıtdılar”

Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayon Təhsil şöbəsi Çayqıraq kənd orta məktəbinin müəllimi Rabil Abdinovun abşıan açmadığı oyun qalmayıb.
Arqument.Az xəbər verir ki, bu barədə Rabil Abdinov feysbukda məlumat yayıb.
Müəllim Rabil Abdinov
Onun sözlərinə görə, aylardır ki, məktəb, təhsil və bayraq uğrunda mücadilə verir. Belə ki, müəllim məktəbin təmirində fəhlə kimi də iştirak edib. Özü təkbaşına ilk dəfə bir kənd orta məktəbinə Wi-fi çəkilməsini təşkil edib, informasiya texnologiyaları otağı açıb. Məktəbə kompüter və bəzi avadanlıqlar gətizdirib. Həmçinin məktəbin üstündə Azərbaycan bayrağını yerləşdirib. 
Müəllimin məktəbin üzərinə taxdığı bayraq
R.Abdinov bildirir ki, bütün bu əziyyətlərdən sonra rayon rəhbərləri məktəbə gələrək onun qurduğu hər şeyi söküb, bayrağı da məktəbin üzərindən çıxarıblar: “Deyirlər ki, sən kimsən ki, özbaşına işlər görürsən. Təmir bizim firmaya sifariş verilməli və avadanlıqları da biz almalı idik ki, oradan pul qazana bilək”.
Müəllim bayraq dirəyinin məktəbin üzərindən götürüldüyünü belə şərh edib: “Bayraq dirəyi divara vurulan aqreqatdan çıxmaq istəmədi. Məcbur olub dirəyi sındırıb, onu çıxardıblar. Mən bu bayrağı elə onu çıxaranların özlərinə ora taxdıracağam”.
Məmurların sındırdığı bayraq dirəyi
Rabil Abdinovun üzləşdiyi problem və başına gətirilənlər sosial şəbəkələrdə geniş müzakirə olunub, həmçinin kəskin qınaqla qarşılanıb. Bir çoxları bunu bayrağa və təhsilə sayğısızlıq, habelə məmur özbaşınalığı kimi qiymətləndirib. 
Çayqırağ kənd orta məktəbi
Hüquqşünas Xalid Bağırov isə feysbukda hadisəyə münasibəti belə ifadə edib: “Masallıda bir kənd məktəbinin müəllimi var: Рабил Абдинов. Aylardır, məktəb, təhsil və bayraq uğrunda mücadilə verir. Adam məktəbin təmirində fəhlə kimi iştirak edib. Adam ilk dəfə bir kənd orta məktəbinə Wi-fi çəkilməsini təşkil edib. İT otaqı açıb. Məktəbin üstündə Azərbaycan bayrağını yerləşdirib. Aylardı görülən işlər barədə fb statuslarını həvəslə izləyirdim. İndi isə rayon rəhbərləri hər şeyi söküb gediblər ki, sən kimsən ki, özbaşına işlər görürsən. Təmir bizim firmaya sifariş verilməli idi. Çox təəssüf ki, yerli hakimiyyətin idbar təmsilçiləri ilə təkbə-tək üz-üzə qalıb. Mən şəxsən onun mücadiləsində yanında ola bilmədiyim üçün utanıram. Hər bir işıqlı Azərbaycan vətəndaşı məktəbin müdafiəsini qalxmırsa, onun gələcək uğründa mübarizəsi səmimi deyil. Rabil Abdinovu izləyin. Bacardığınız yardımı edin ki, cəmiyyətimiz işıqlansın”.
 Hüquqşünas Xalid Bağırov
Olayla bağlı Masallı Rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışdıq. İcra başçısının köməkçisi Elvin Fəttayev Arqument.Az-a Çayqıraq kənd orta məktəbindənki hadisədən məlumatları olmadılarını dedi. 
Arqument.Az-ın əməkdaşının “Axı müəllim iddia edir ki, söküntünü İcra Hakimiyyətinin əməkdaşları aparıb, bayraq dirəyini də onlar sındırıb” sualına isə E.Fəttayev “bilmirəm, məlumatım yoxdur” cavabını verib. 
Arqument.Az


This post has been seen 786 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: