Milli Şura Müsavatın mitinqinə dəstək verdi

Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 14-də növbəti iclasını keçirib.

İclasda MŞ-nın Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı “Monarxiyaya yox, talana son!” şüarı ilə başladığı etiraz aksiyaları barədə fikir mübadiləsi aparılıb. KM üzvləri bu xüsusda sentyabrın 11-də keçirilən mitinqin nəticələrini dəyərləndirib, 17 sentyabra təyin olunan mitinqə hazırlığı müzakirə edib.

İclasda həmçinin, Müsavat Partiyasının referenduma qarşı sentyabrın 18-nə mitinq təyin etdiyinə diqqət yetirilib. KM ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar sentyabrın 18-nə təyin olunan mitinqin də hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun saydığını bəyan edib.

Azadliq.info

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: