Rüfət Səfərovun xanımından tükürpədən sözlər

“Zaman gələr kimin haqlı və haqsız olduğunu görmək bizlərə nəsib olar”

“Həyat yoldaşım Rüfətin təcridxanadan göndərdiyi müraciəti oxudum. Mənim üçün nə qədər ağır olsa da, onun bu iradəsi məni çox sevindirdi”, – bu sözləri “üsyançı müstəntiq” kimi tanınan və siyasi mövqeyinə görə həbs olunan Rüfət Səfərovun xanımı Nuray Səfərova sosial şəbəkədə yazıb.

Ruhən özümü Rüfətin yanında hiss edirəm.O mənim ömür sirdaşım olmaqla bərabər həm də əqidə dostu idik. Biz birlikdə çox mətləbəri müzakirə edir və mövcud qanunsuzluqlar haqda xeyli fikir mübadiləsi aparırdıq. Bu düşüncə həmrəyliyi qirilmazdır və sonunadək davam edəcəkdir. Rüfəti haqsız və ədalətsiz olaraq mühakimə edib zindana atdılar. Hər çətin günün bir aydınlığı olur. Onu rüşvətxorluqda ittiham edənlərə sadəcə gülürəm. Rüfət heç bir vaxt evə haram tikə gətirmədi, kiminsə haqqını tapdalayıb üstündən keçmədi. Eybi yox. Zaman gələr kimin haqlı və haqsız olduğunu görmək bizlərə nəsib olar. Buna Allahım qədər inanıram…

Əzizim Rüfət, möhkəm iradəli ol. Mən möhkəm və nikbinəm və sənə olan ədalətsizliyə qarşı mübarizədə sonuna qədər varam”, – Nuray Səfərova bildirib.

 

Məhkəmə Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: