D18 Hərəkatı sentyabrın 18-nə təyin olunmuş mitinqə hazırlaşır

D18 Hərəkatı sentyabrın 18-nə təyin olunmuş mitinqə hazırlaşır.

Bu barədə məlumatı Qaynarinfo.Az-a hərəkatın başqanı Ruslan İzzətli verib.

Ruslan İzzətli bildirib ki, İdarə Heyətinin üzvü Samira Agayeva 18 sentyabr mitinqinə görə universitet təmsilçiləri ilə görüşüb:”Mitinqə görə özək və rayon şöbə başqanları ilə görüşlər keçirilir və müzakirələr aparılır”.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 18-nə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq təyin edib. Mitinq 15:00-da “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq. Aksiya “Yaşasın Respublika” şuarı altında keçiriləcək.

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: