İsa Qəmbər xalqı mitinqə çağırdı

Hörmətli xanımlar və bəylər!

Əziz bacılarım və qardaşlarım!

18 sentyabr saat 15-də Müsavat partiyasının təşkilatçılığı ilə Cümhuriyyət dəyərlərini qorumaq məqsədilə “Yaşasın Respublika” şüarı altında mitinq keçiriləcək.

18 sentyabr həm də Azərbaycan tarixinin, mədəniyyətinin ən nəhəng şəxsiyyətlərindən biri Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gündür.

Azərbaycanımızın bir çox digər böyük şəxsiyyətləri, ziyalıları kimi Üzeyir bəy də müsavatçı olub, azadlıq, cümhuriyyət dəyərlərini yüksək tutub, şərqdə ilk operanı yaratmaqla yanaşı ilk demokratik respublikanın yaradılmasında da bilavasitə iştirak edib.

100 il əvvəl öz yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə, ictimai fikir tarixinə böyük təkan verən Üzeyir bəy XX əsrin sonlarında xalqımızın milli-azadlıq hərəkatının yeni mərhələsində də “Koroğlu üverturası”nda əbədiləşmiş ruhu ilə mübarizənin önündə olub, milyonlarla hərəkatçını fədakarlığa, qəhrəmanlığa səsləyib.

Mən hamınızı və hər birinizi 18 sentyabr mitinqinə səsləyirəm!

Azərbaycanı düşünən hər kəs mitinqə gəlsin.

Qarabağı düşünən hər kəs mitinqə gəlsin.

Övladlarını düşünən hər kəs mitinqə gəlsin.

Hətta yalnız özünü düşünən də mitinqə gəlsin.

1988-1991-ci illər Azadlıq Hərəkatının Fədailəri! Gəlin 18 sentyabrda o müqəddəs mübarizə ruhunu bir daha birlikdə yaşayaq!

1993-2016-cı illərdə rejimə qarşı mübarizənin tanınmış-tanınmamış Qəhrəmanları! Yola davam!

Ömründə heç bir mitinqdə iştirak etməmiş Vətəndaşlarım! Gəlin öz taleyimizə bir yerdə sahib çıxaq!

Ziyalılar və özünü ziyalı sayanlar! Gəlin böyük Üzeyir bəyin Üverturasının sədaları altında Vətən sevgisini birlikdə yaşayaq!

Azadlığı, Cümhuriyyəti sevənlər! Gəlin böyük Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə qurulmuş Respublikamızı birlikdə qoruyaq!

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər

 



This post has been seen 6406 times.

3 thoughts on “İsa Qəmbər xalqı mitinqə çağırdı

  • 02.12.2016 at 15:25
    Permalink

    Normally I don’t read post on blogs, but I wish to say that this write-up very forced me to try and do so! Your writing style has been surprised me. Thank you, quite nice article.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: