Mühacir müsavatçılardan 18 sentyabr mitinqinə dəstək

Əziz həmvətənlər, dəyərli vətəndaşlar!

Bildiyiniz kimi Müsavat Partiyası sentyabrın 18-də ölkəmizi monarxiyaya sürükləyəcək referenduma qarşı Bakı şəhərində mitinq keçirəcək.

Hakimiyyət bu referendumla Respublika dəyərlərini, mülkiyyət, vətəndaşlıq və digər hüquqları məhdudlaşdırmağı planlaşdırır.

Əgər planlaşdırılan Referendum Aktı baş tutarsa həm dövlətçiliyimiz, həm də hər birimizin mənafeyi böyük təhlükə altına düşəcək!

Sizi Müsavat Partiyasının sentyabrın 18-də saat 15:00-da “Məhsul” stadionuna təyin etdiyi razılaşdırılmış mitinqdə aktiv iştirak etməyə çağırırıq.

Mitinqə gəlin, Cumhuriyyət dəyərlərini, vətəndaş hüquqlarımızı qorumaq üçün Müsavatın səsinə səs verin!

Müsavat AKM

 

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: