Müsavatın mitinqinə icazə verildi

Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə müsbət cavab verilib. Aksiya 18 sentyabr saat 15.00-da, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq. Aksiya “Yaşasın Respublika” şuarı altında keçiriləcək.

Mitinqə iki gün qalmış Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verilməsi bağlı qərarını açıq layıb. Bu barədə Müsavat Partiyasının mətbuat xidməti bastainfo.com saytına məlumat verib.

Müsavat başqanı Arif Hacılı aksiyada iştirak etmək üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə deyilir:
“Dəyərli həmvətənlər! Əziz bacı və qardaşlarım!18 sentrabr, bəlkə də, hər birimizin, azad yaşayıb, azad işləmək, təqiblərdən xilas olub asudə yaşamağımız üçün vacib olan demokratik prosesin yüksəlişinin başlanğıc günü olacaq. Ona görə də Vətənin gələcəyini düşünən hər kəsi 18 sentyabrda “Məhsul” stadionunda razılaşdırılmış mitinqə dəvət edirəm. Gəlin taleyinizə sahib çıxın, gələcəyinizi müəyyən edin!

18 sentyabrda mitinqə gəl!

Respublikanı qoru!”

 

 

bastainfo.com

%d bloqqer bunu bəyənir: