Sahib Kərimli Milli Şuradan çıxarıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin sabiq üzvü Sahib Kərimli Milli Şuradan xaric edilib.

“Report”un xəbərinə görə, bu barədə qərar Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında qəbul olunub.

Sahib Kərimli 4 gün bundan öncə mətbuata açıqlamasında “Sentyabrın 18-nə mitinq təyin olunduğu halda, Milli Şuranın sentyabrın 17-nə mitinq təyin etməsi nə dərəcədə doğrudur?” – deyə sual vermişdi.

Qeyd edək ki, Sahib Kərimli AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub, keçmiş vicdan məhbusudur.

Sahib Kərimli Milli Şuranın 11 sentyabr tarixli mitinqində də iştirak etmişdi.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: