Yeniyetmə intihar etdi

12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.
Qafqazinfoya İsmayılı Rayon Polis şöbəsinin verilən məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü Əsədov İsmət Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.
Ailəni tanıyan şəxsin AZXEBER.COM saytına verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.
Qeyd etmək istəyirik ki, Azərbaycanda son zamanlar intihar hadisələrinin sayı xeyli artıb. Acınacaqlı haldır ki, azyaşlıların intihar etməsinə daha çox rast gəlinir. Xatırladırıq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sonuncu hesabatında 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 yeniyetmənin intihar etməsi qeyd olunur.
bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: