Hakimiyyətdən “Basta”ya qarşı növbəti təxribat

Bu gün “Basta” saytına və informasiya portalının feysbuk səhifəsinə xaker hücumu olub.

Xakerlər “Basta”nın feysbuk səhifəsini ələ keçirib. Səhifədən Müsavat Partiyasının 18 sentyabr mitinqinə çağırış eventi və Müsavat başqanı Arif Hacılının mitinqlə bağlı müraciətini siliblər, əvəzində AXCP sədri Əli Kərimlinin təbliğatına start veriblər.

Biz bu təxribatın hakimiyyətdən gəldiyini anladığımızı açıqladıqdan sonra isə səhifəyə YAP-təmsilçisi Siyavuş Novruzovu təbliğ edən yazı qoyublar. Xakerlər həmçinin “Basta” saytını ələ keçirməyə cəhd ediblər. Mütəxəssislərimiz saytı hücumdan qoruya bildi. Feysbuk səhifəsinin bərpası üçün çalışırıq.

Bu son 8 ayda “Basta”ya 5-ci haker hücumudur. Bu dəfəki hücum Müsavatın 18 sentyabr mitinqi ilə bağlıdır.

Bu hücumlar varsa, deməli düz yoldayıq. Yaşasın Respublika! Rədd olsun monarxiya!

Mustafa Hacıbəyli

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: