ABŞ konqresmenləri: “Azərbaycanda Konstitusiya referendumu legitimlik böhranı yaradır”

Krisfofer Smit: “…xalqınızın azadlığı ilə bağlı zəifləyən məsuliyyətinizi artırmağa çağırırıq”

ABŞ Konqresinin Helsinki komissiyasının rəhbəri konqresmen Krisfofer Smit Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək sentyabrın 26-da keçiriləcək referendumla bağlı narahatçılığını bildirib. Həmçinin ABŞ-ın iki partiyasının adından yazılan məktubda referendum qərarına yenidən baxmaq təklif edilir.

Картинки по запросу Co Pitts kongress
Co Pitts

Məktuba Smitlə yanaşı konqresmenlər Co Pitts və Adam Şiff imza atıb.

Azadlıq qəzetinin yaydığı məlumata görə məktubda deyilir ki, prezidentlik müddətinin uzadılması və przidentin səlahiyyətlərinin artırılması siyasi hakimiyyətin möhkəmlənməsinə və Azərbaycan xalqının iradəsindən asılılığı azaltmağa xidmət edir. “Biz söz azadlığı və hökumətin hesabatlılığı üçün vacib olan hüquqların məhdudlaşdırılmasına xidmət edən dəyişikliklərdən narahatıq”, – deyə konqresmenlər qeyd edir.

Məktubda bildirilir ki, referendum leqitimliyin ciddi böhranını yaradır: “Nə Azərbaycan xalqı, nə beynəlxalq ictimaiyyət açıq disskusiyanın  və şəffaflığın olmadığı seçkiyə etibar edə bilməz. Azərbaycan xalqından demoktatik prinsiplərə zidd dəyişikliklərə səs vermək tələb edilir. Bu da vəziyyəti daha da dözülməz edir”.

Картинки по запросу Adam Shiff kongress
Adam Shiff

Konqresmenlər qeyd edir ki, konstitusiyaya ediləcək dəyişikliklər Azərbaycan hakimiyyətinin demokratiya və insan haqları ilə bağlı götürdüyü öhdəliklərə ciddi zərbə vuracaq. “Konstitusiya referendumuna yenidən baxmağa və xalqınızın azadlığı ilə bağlı zəifləyən məsuliyyətinizi artırmağa, siyasi fəalların, jurnalistlərin təqib edilməsinə son qoymağa çağırırıq. Ümid edirik hökumətiniz güc və stabilliyin xalqın azadlığından qaynaqlandığını etiraf edəcək”, – deyə məktubda vurğulanır.

 

bastainfo. com



This post has been seen 89 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: