Jurnalist Ayxan Hacıbəyli sərbəst buraxıldı – YENİLƏNİB

Sentyabrın 17-dən 18-nə keçən gecə Ayxan Hacıbəyli sərbəst buraxılıb. Bu haqda Müsavat gənclər təşkilatının sədri Əbülfəz Sadıxbəyli məlumat yayıb.

***

17 sentyabr

Bu gün mitinqdən sonra saxlanılanların bir hissəsi sərbəst buraxılıb. 7 nəfər aksiya iştirakçısına 1 sutkalıq həbs cəzası verildiyi deyilir. Amma bu barədə rəsmi açıqlama hələ ki yoxdur, – Azadlıq Radiosu məlumat verir.

Saxlanılanların arasında Mariupol TV-nin (Ukrayna) əməkdaşı, Müsavat Partiyasının üzvü Ayxan Hacıbəyli də var. Ayxan Hacıbəyli MSDM-in üzvü Vaqif Hacıbəylinin oğludur, Müsavat başqanı Arif Hacılının qardaşı oğludur.

Ehtimal olunur ki, saxlanılanlar Müsavatın 18-sentyabr mitinqi başa çatdıqdan sonra sərbəst buraxılacaqlar.

 



This post has been seen 222 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: