Sumqayıtda saxlanılan müsavatçılar AZADLIQDA!

 

Bu gün Müsavatın “Yaşasın Respublika” şüarı ilə 18 sentyabr 15:00-da “Məhsul” stadionunda keçirəcəyi razılaşdırılmış mitinqin çağırış vərəqələrini Sumqayıtda paylayarkən Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Sarvan Davudoğlu və gənc partiya fəalı Pervin Israfil polislər tərəfindən saxlanılıb. Bu haqda Müsavatın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas məlumat yayıb.

Bildirilir ki, 4 saat çək-çevirdən sonra xəbərdarlıq edilərək sərbəst buraxılıblar. Milli Şuranın 11 sentyabr mitinq günü isə Təşkilat sədrinin evi polis nəzarətinə götürülərək mitinqdə iştirakı əngəllənmişdi.

Sumqayıt şəhər təkilatı bununla bağlı bəyanat yayıb. Bəyanat müəllifləri müsavatçıların saxlanmasını mitinqlərin kütləviliyinin qarşısının alınmasına xidmət etdiyini bildirərək qətiyyətlə pisləyir və belə əməllərə son qoyulmasını tələb edir.

Mustafa Hacıbəyli

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: