“Talana son!” mitinqindən dərhal sonra həbslər başladı – VİDEO

YENİLƏNİR

Az əvvəl Milli Şuranın təşkilatçılığı ilə keçirilən “Talana son!” mitinqi başa çatdı.

Mitinqdən dərhal sonra sosial şəbəkədə həbslər barədə məlumatlar yayılmağa başladı. Bastainfo.com saytının əldə etdiyi məlumata görə saxlanılanlar arasında Müsavat Gənclər Təşkilatının fəalı Ayxan Hacıbəyli də var. Xatırladırıq ki, A. Hacıbəyli həm də Ukraynanın “Громадське телебачення Приазов’я” telekanalının əməkdaşıdır.

Jurnalistlərdən İslam Şıxəli, Orxan Rüstəmzadə, “Turan”ın muxbiri Fərid Arifoğlu da saxlanılanlar arasındadı. Blogger Meyman Hüseynov polis tərəfindən fiziki hücuma məruz qalıb.

Digər saxlanınaların adlarını dəqiqləşdirməyə çalışırıq.

“Azadlıq” radiosunun əməkdaşı İslam Şıxəli avtobusdan yazır: “30-a yaxın mitinq iştirakçısı ilə birlikdə Yasamal polis idarəsinə aparılırıq. O biri avtobuslardan xəbərim yoxdu. Görünən odur ki, təsadüfi adamları tutublar.”

17:40

Saxlanılan şəxslərin adları sosial şəbəkədə artıq qeyd olunur:

Əli İsmayılov, Zöhrab Zeynalov, Orxan Carçı, RusLan Qara, Nuru Nuruzadə, Həzi bəy, Elton ƏLi, Nuru Nuruzadə, İlkin İsmayıllı, Emil Səlimov, Araz Səməd,Xəyal Balayev.

Onlar Yasamal rayon Polis İdarəsindədilər.

18:00

Orxan Rüstəmzadə Yasamal rayon 28-ci polis bölməsindən sərbəstəst buraxıldı.

Mitinqdən sonra saxlanılanların polisə aparılan zaman videogörüntüləri yayımlanıb:

22:00

Saxlanılanların bir qisminin 29-cu Polis Bölməsinə aparıldığı bildirilir. Onların arasında Ukraynanın “Громадське телебачення Приазов’я” telekanalının əməkdaşı Ayxan Hacıbəyli də var

 

 

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: