Mitinqə görə Bakıya giriş yenə bağlandı – YENİLƏNİB

Sumqayıt-Bakı yolunda dəhşətli tıxac yarandı

18 sentyabr

Bu gun saat 12:00-da Sumqayıt-Bakı yolu yenidən bağlanıb. Bu haqda “Basta” əməkdaşı Azər İsmayıl məlumat verib. Yolun rayonlardan Bakıya mitinqə gələnlərin qarşısını almaq üçün bağlandığı, amma təmir bəhanəsindən istifadə edildiyi deyilir.

Qeyd edək ki, bu gün saat 15:00-da Müsavat Partiyası Konstitusiyaya mürtəce dəyişikliklərə etiraz olaraq, Bakıdakı “Məhsul” stadionunda mitinq keçirəcək.

***

17 sentyabr

Bu gün saat 12:45-dən Bakı şəhərinə şimal istiqamətindən avtomobillərin girişi tamamilə bağlanıb.

Bu haqda “Basta”ya hadisə yerində olan əməkdaşımız məlumat verib.

“Sumqayıt-Bakı yolunu bağlayıblar. Burada olan DYP əməkdaşları deyir ki, yol təmirə dayanəb. Heç vaxt görünməyən bir tıxac yaranıb. Yolun bağlanmasından narazı olan insanlar deyir ki, bu, mitinqə görədir, insanların rayonlardan mitinqə gələcəyindən çəkindikləri üçün yolu bağlayıblar. Bakıya bir maşın belə buraxılmır, hamı narazılıq edir”, – əməkdaşımız bildirib.

“Bakıya gələn maşınları sadəcə geri qaytarırlar. Masazır və Xirdalan yollarında da dəhşətli tıxac yaranıb”, – “Basta” əməkdaşı hadisə yerindən bildirir.

Qeyd edək ki, bu gün saat 15:00-da “Məhsul” stadionunda Milli Şuranın, sabah saat 15:00-da Müsavatın təşəbbüsü ilə mitinqlər keçiriləcək.

 

Mustafa Hacıbəyli

Bastainfo.com

One thought on “Mitinqə görə Bakıya giriş yenə bağlandı – YENİLƏNİB

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: