Müsavatın mitinqindən önəmli mesajlar

Bu gün paytaxtın “Məhsul” stadionunda Müsavat Partiyasının referendum əleyhinə mitinqi keçirildi.

Müsavat həm rejimə qarşı mübarizədə, həm də demokratik düşərgənin konsolidasiyası istiqamətində səylərində prinsipial və ardıcıl olduğunu ortaya qoydu.

Aksiyanın diqqətçəkən məqamları:

1. Müsavatın sentyabrın 24-də mitinq keçirmək qərarı olsa da, Arif Hacılı Milli Şuranın belə bir müraciətinin artıq meriyaya göndərildiyini, bu səbəbdən təkrar müraciət etməyəcəklərini bildirdi – “Milli Şuranın mitinqi, həm də bizim mitinimizdi” dedi. Sentyabrın 24-də nəhayət birgə aksiyanın keçirilməsi üçün zəmin yaradıldı.

2. Əvvəlki aksiyalardan fərqli olaraq, 18 sentyabr mitinqində nardaranlılar, 1-2 nəfər istisna olmaqla, iştirak etmirdilər. Bununla belə Arif Hacılı Nardaranlı məhbusların və inancına görə tutulanların müdafiəsi ilə bağlı önəmli açıqlamalar verdi.

3. Mitinqdə ilk dəfə Əli İnsanovun vicdan məhbusu olaraq azad edilməsi tələb olundu.

4. D-18 Hərəkatının gənc lideri Ruslan İzzətli göstərdiyi natiqlik qabiliyyəti ilə onu ilk dəfə meydanda dinləyənləri təəccübləndirdi.

5. Mitinqdə Rəsul Quliyevin tərəfdarları və partiyası iştirak etmirdi, halbuki eks-spiker belə bir muraciət etmişdi.

 

Mustafa Hacıbəyli

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: