Turqut Ər Könül Alıya bu sualları verdi…

“Azərbaycanda külli miktarda özünü ziyalı, aydın hesab edən, şair, yazıçı, rəssam, muzik adamı, profesor ve bunların nemalandığı cəmiyyət ve bir neçe teşkilatlar var. Bu zevatin, demokrasi ve hürriyyetler isteyen, antidemokratik baskılara yok deyen, mitinklere, metbuat toplantılarına, açıxlamalarla niyə qoşulmurlar?”

Konstitusiyamıza ediləcək əlavə və dəyişikliklərə görə hakimiyyətin keçirmək istədiyi referenduma “Yox”  deyən Müsavat Partiyası bu gün Cümhuriyyət dəyərlərini qorumaq məqsədilə “Yaşasın Respublika” şüarı altında mitinq keçirir. Hələ iki gün öncə mitinqimizə Türkiyəli diplomat Turqut Ərdən dəstək çağırışı gəldiyini sizlərlə paylaşmışdıq.

Turqut Ər azərbaycanlılara  Müsavat başqanı Arif Hacılının mitinq çağırışına qoşulmağı, xalqın özgürlüyü üçün bütün addımları atmalarını rica edirdi.

“Azerbaycanın vetenseverleri, Arif Hacılı beyin çağrısına goşulun. Azerbaycanın yadellerden kurtuluşu AXCP, VE MUSAVAT PARTİLERİNİN Mitinglerinden olacaktır. Lütfen hercür özgürlüyünüz için bunların mitinglerine goşulun”, – demişdi Turqut Ər.

Çox təsirli çıxış idi… Səsi boğulan bir cəmiyyətin bir fərdi olaraq tanınmış siyasətçi, diplomat Turqut Ərin xalqımızn tale yükü ağır olan bir zamanında, həssas davranışı, cəsarətli çağırışı məni heyran qoymuşdu.

Demokratik cəmiyyət uğrunda mücadiləmizdə, mənəvi dəstəyin nə  qədər önəm kəsb etdiyini ancaq biz mübarizə insanları yaxşı bilər…

– Gözümüz ağızlarda qalar bəzən, görəsən qarşımızdakı insan bizim  haqqlı olduğumuzu dərk edirmi? Bizə yardımı dəyməsə belə, haqqlı olduğumuzu etiraf edəcək cəsarəti varmı?

Təəssüf ki, az sayda belə insanlarla rastlaşırıq…

O az sayda insanlardan biri də, qardaş Türkiyəmizin diplomatı Turqut Ərdir.

Konstitusiyamıza ediləcək əlavə və  dəyişikliklərə görə planlaşdırılan referenduma etiraz olaraq Müsavat Partiyasın təşəbbüsü ilə keçiriləcək  18 sentyabr mitinqinə bağlı  bizə verdiyi dəstəyə görə Turqut bəyə təşəkkürümü bildirərkən, yenidən elə ifadələr işlətdi, elə içdən, canıyana bir davranış sərgilədi ki, toxunduğu məsələlər həmişə məni narahat edir, düşündürürdü…

Turqut bəyin bu üsyankar sualları məni  Qabriel Qarsiya Markesin bu sözünü xatırlamağa vadar etdi.“Yazıçının inqilabi borcu yaxşı yazmağıdır”- bəs bizim bir çox yazıçılar inqilabi borc olaraq özlərinə hansı öhdəliyi götürüblər? Ancaq güldən, çiçəkdən, böcəkdən, sevgidən yazmaqla qazandıqları yazıçılıq, şairlik titulu ilə aydın hesab olunan insanlar, sizin cəmiyyət qarşısında borcunuz nədir?

Məni bu qədər düşündürdüyünə görə onun dilindən çıxan ifadələri sizlərlə paylaşmadan edəmədim.

Turqut bəy yazır:

“Deyerli xanım efendi ilginize menimle əlaqəli diqqəttinizə göre çox sağ olun. Menim borcumdur bir türk olaraq Azerbaycandakı demokrasi isteklerine, şuarlarına destek olmam. Türk dünyasında yaxşı olan her şeyle fexr edirem. Deyerli Könül xanım sizin vasitenizle, yüreyimde bir sızı olan mevzuyu dile getirmek isterim.

Men bildiyim qeder Azərbaycanda külli miqtarda özünü ziyalı, aydın hesab edən, şair, yazıçı, rəssam, muzik adamı, profesor ve bunların nemalandığı cəmiyyət ve bir neçe teşkilatlar var. Bu zevatin, demokrasi ve hürriyyetler isteyen, antidemokratik baskılara yok deyen, mitinklere, metbuat toplantılarına, açıxlamalarla niyə qoşulmurlar?

Niye heç biri bir yazı yazmır, bir müsahibede bulunmur, bir muzik yapmır, bir şekil çekmir, bir karikatür çizmir?

Bir demokratik garşı durmasının teşkilatlanmasına kömək etmir niye? Niye? Niye?

O gözel ölkede onlar yaşamırlarmı?

O yok deyen gözel ölkenin varlıxlarından istifade etmirlermi?

O ölkenin çöreyini yeyip, suyunu içmirlərmi?

O mitinklerde demokrasi şüarları söyleyen, hürriyyet istirem, ölkem soyulmasın, xalkıma adil davranılsın, tiranlık istemirem, iş istirem, aş istirem. Deye qışqıran cevanlar, çoçukların dövülmesi, sövülmesi, işkence edilmesi, türmelerde çürüdülmesine niye bigane qalirlar?”

Bu insanlarla eyni şehirin küçelerinde, caddelerinde, parklarında, evlerinin hayatlarında beraber gezip, birlikte istiyi-soyuğu yaşamırlarmı?

Bir birlerinin sifetlerine baxmırlarmı?

Özlerine ziyalı, aydın deyenler, niye bele edir, niye o gözel ölkeye, o özel ölkenin gözel insanlarına bele biganeler? NİYE?”

Bu “Niyə”lərə “aydın” lardan biri cəsarətli çıxıb cavab verər hər halda. Niyə günahsız həbslərə, nahaq qanlara, külü göyə sovrulan milli sərvətə, ölkədə baş alıb gedən məmur özbaşınalıqlarına və sadalamaqla bitməyən hər cür haqsızlığa  münasibət bildirən aydınlar yoxdur? NİYƏ?

Həbslərdənmi qorxurlar? Yazmaq, yaratmaq axı bir ruh işinin məhsuludur. Azad ruhları dəmir barmaqlıqlar həbs edə bilməz….

Azadlıqda ruhu zindan yaşayan yazarlar, Turqut bəy soruşur – niyə susursunuz?. NİYƏ?

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: