Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılır

Təhsil Nazirliyindən yaydığı məlumata görə, Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr. Qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәrindəki mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı әn azı 10 uşaq, şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün әn azı 15 uşaq olmalıdır. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır. Mәktәbәhazırlıq mәşğәlәlәri hәftәdә 4 gün keçilir. Bir gün әrzindә 3 mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәrә davamiyyәt vә tәdris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların tәlim nailiyyәtlәri şifahi formada qiymәtlәndirilir vә bu barәdә valideynlәrә mәlumat verilir.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılır. Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә (I yarımil: 1 oktyabr-26 yanvar; II yarımil: 1 fevral-31 may) bölünür. Dәrs ili әrzindә 5 gün payız tәtili (16-20 noyabr), 5 gün qış tәtili (27-31 yanvar), 5 gün әlavә tәtil (1-5 may) olacaq.

bastainfo.com

 



This post has been seen 34 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: