BMT-nin nümayəndəsi Fərəc Kərimli və vəkil Nemət Kərimli ilə görüşüb

BMT-nin nümayəndəsi Fərəc Kərimli və vəkil Nemət Kərimli ilə görüşüb

Sentyabrın 16-da BMT-nin insan hüquqları üzrə Baş Komissarlığının Azərbaycan üzrə xüsusi məruzəçisi Mişel Forst bu 1 saylı Bakı istintaq təcridxanasında vicdan məhbusu, Müsavat başqanının müavini Fərəc Kərimli ilə görüşüb.

Bu gün isə Mişel Forst və Komissarlığın Cenevrə ofisinin rəhbəri Cəmşid Qazıyev vəkil Nemət Kərimli ilə görüşüblər. Bu haqda “Basta”ya Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, görüşdə siyasi məhbuslar, məhkəmələrin durumu və işçəncələrlə bağlı məsələlər müzakirə olunub.

“BMT-nin Komissarlığı bu yaxınlarda Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə bəyanat yayacaq. Mart ayında isə xüsusi hesabat açıqlanacaq. Məruzəçi bildirdi ki bu sənədlər Azərbaycan hakimiyyətinə də təqdim olunacaq, lakin hakimiyyət nümayəndələrinin bu hesabata dəyişiklik etmək hüququ yoxdur”, – Nemət Kərimli bildirib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: