Çıxın bu hakimiyyətin cızdığı dairədən

Səxavət Soltanlı, Müsavat başqanının müavini

Məsələ təfəkkür məsələsidir. Hakimiyyət, konkret olaraq İlham Əliyev də bundan “ustalıqla” istifadə edir. Əcəb də edir!

Biri yazır ki, Referendum əlehinə mitinqlərə az adam qatılır, biri yazır ki, filan lider uzun danışdı, yorucu oldu, biri deyir filan mitinq filan mitinqdən “böyük idi” və s. Səslənən fikirlər, tələblər müzakirə olunmur, qalır bir tərəfdə.

Ya bu adamların müasir dünyadan xəbərləri yoxdur, ya da özlərini elə göstərirlər.

Dünyada az ölkə tapılar ki, orada belə müzakirələr olsun.

Dünyada 300-500 insanın iştirakı ilə mitinqlər, yürüşlər, 30-40 insanın iştirakı ilə piketlər keçirilir, əsas dünya mətbuatı onu müzakirə edir, həmin ölkələrin hökümətləri səslənən fikirlərə ya cavab verir, ya inkar edir ya da tədbirlər görürlər.

Bizim bəzi “çoxbilmişlər” ilişib mitinqlərdə say məsələsinə, hakimiyyət də tutub söhbəti. Sayın qarşısını almaqla məşğuldur. Orda səslənən fikirlərin birinə belə qarşı tərəfdan cavab verən yoxdur.

Bu “çoxbilmişlərin” məntiqi ilə daha çox pulu və digər inzibati resursları olan hakimiyyət sabah meydana bizdən 10 dəfə çox insan çıxarsa bu o deməkdir ki, onlara xalq inanır və ya onların dəstəyi və sevənləri çoxdur?

Filan çıxış uzun imiş.

Demokratik dünya ölkələrində 300 insanın qarşısında liderlər saatlarla danışır, onlar bəzən yorulur başları belə gicəllənir, amma, danışırlar, dinləyicilər yorulmurlar. Maraqla izləyir, liderin bu qədər uzun danışmasını onlara verilən dəyər kimi qiymətləndirirlər.

Belə tədbirlərdə xitab yalnız orda iştirak edənlərə deyil, xarici ölkələrdən tutmuş, ucqarlarda yaşayan vətəndaşa qədər hər kəsə edilir. Bütün sosial qruplara hesablanmış çıxışlar edilir.

Oralarda daha say müzakirə olunmur, heç mənim liderim 18 status yazdı, sənin liderin 8 status yazdı da müzakirə olunmur. Bu təfəkkür sahibləri dünyanın heç yerində qalmayıb.

Əslində elə bizim hakimiyyətin dayaqları təhsilsiz, savadsız insanlarla yanaşı bu tipli təfəkkür sahibləridir.

Kim çıxarıb bu mitinqlərdə səslənən tələbləri, fikirləri deyil, orada iştirak edənlərin sayının müzakirəsini?

Bu nə debilizimdir?

Görmürsüz hakimiyyətin mitinqlərdə kütləviyi azaltmaq üçün etdikləri cəhtləri?

Onların, hakimiyyətin nail olduğu nəticədən çıxış edənlər bilərəkdən və ya bilməyərəkdən, ilk olaraq, hara, kimə xidmət etdiklərini dəqiqləşdirməlidr.

Çıxın bu hakimiyyətin cızdığı dairədən.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: