İki rayonu talamış başçıdan tələbələrə 20 qəpiklik “ruçka”

Nəsimi rayonunun icra başçısı Asif Əsgərov haqqında mətbuatda ciddi ittihamlar irəli sürülüb.

Politika.Az xəbər verir ki, Bakının mərkəzi rayonlarından birinə rəhbərlik edən A.Əsgərov yenə də maliyyə maxinasiyaları ilə ad çıxarır.

İcra başçısı iki rayonda dövlət büdcəsini qeyri-şəffaf xərcləməkdə ittiham olunub.

Bildirilir ki, icra başçısı Zaqatalada 2,5 milyona villa tikdirib. Olduqca dəbdəbəli görünüşə sahib imarət üçün tikinti materialları ölkə xaricindən gətirilib.

Qeyd edək ki, Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı işləyib. Bu müddətdə özü üçün böyük var-dövlət toplayan icra başçısının Zaqatalada bir çox obyektləri və dəbdəbəli evi var.

Onun həmçinin paytaxtın və ölkənin bəzi yerlərində çox sayda evi, bir neçə villasının olması barədə məlumatlar var. Böyük biznes şəbəkəsinə sahib olan Asif Əsgərovun Bakıda dəyəri milyonlarla manat olan obyektləri fəaliyyət göstərir.

Əslində, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov özünün əməlləri və oğlu İlham Əsgərlinin hərəkətlərilə ölkə mətbuatının həmişə gündəmini zəbt edib.

Oğlu “Mc Donald`s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olub. Bu arada isə A.Əsgərov haqda rüsvayçı xəbər yayılıb.

Politika.Az-a oxuculardan birinin verdiyi məlumata görə,Nəsiminin icra başçısı bu il 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb. Tələbələri təbrik edən və onlara uğurlar arzulayan A.Əsgərov yekunda mükafatları təqdim edib.

Bir qrup valideynin verdiyi xəbərdə bildirilir ki, icra başçısı tələbələrə 20 qəpik qiyməti olan qələm bağışlayıb.

Politika.Az

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: