Milli Şura sentyabrın 24-nə təyin olunan mitinqdən imtina etdi

Milli Şuranın sentyabrın 24-də təyin olunan mitinqdən imtina edir. Mediadakı bəzi açıqlamalar sosial şəbəkədəki yazılar bu qənaəti yaradır ki, Milli Şura bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də aksiya olmayacaq.

Bu gün AXCP sədrini müavini Gözəl Bayramlı Milli Şuranın sentyabrın 24-də mitinq keçirmək barədə qərar vermədiyini söyləyib.

“Arif Hacılının bu açıqlamasını doğru hesab etmirəm. Milli Şura hələ ki, rəsmi olaraq 24 sentyabr tarixində mitinq keçirmək haqda qərar qəbul etməyib. Biz belə bir qərar verdikdən sonra kimsə bizim təşkil edəcəyimiz aksiyayla bağlı insanlara müraciət edə bilər”, – Gözəl Bayramlı Moderator.az saytına deyib.

Halbuki, Gözəl Bayramlı sentyabrın 9-da BBC Azərbaycanca radiosuna açıqlamasında sentyabrın 11-dən sonra Milli Şuranın daha iki mitinq keçirmək barədə qərar verdiyini, “bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunduğunu və cavab gözlədiklərini” deyib.

Ötən həftə sosial şəbəkədə tanınmiş simalar tərəfindən Milli Şuranın meriyaya müraciətinin fotosu da yayılıb. Həmin fotoda müraciətin qəbul olunduğu da əks edilib.

Bu arada Milli Şuranın Müsavatdan narazılığı ilə bağlı jurnalistlərin sualları ilə üzləşən Müsavat başqanının müavini Elman Fəttah məsələyə reaksiya verib.

“Mediadan çoxsaylı zənglər var ki, Milli Şura rəsmiləri Müsavat başqanının «Hamını Milli Şuranın 24 sentyabr mitinqində iştiraka çağırıram, bu hamımızın mitinqidir» çağırışına etiraz edirlər və bildirirlər ki, biz 24-nə mitinq təyin etməmişik”, – Elman Fəttah deyib.

Mediada fikirlərimizin təhrif edilməməsi, eyni zamanda da məlumat üçün deyim ki, bir neçə gün öncə mediaya açıqlama verib və sosial şəbəkədə də rəsmi müraciətlərinin fotosunu yayıblar. Biz də ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram?!”, – Elman Fəttah yazıb.

Elman Fəttah Milli Şuranın mitinqlə bağlı müraciətinin fotosunu da sosial şəbəkədə paylaşıb.

Bundan sonra Milli Şuranın üzvü Eldəniz Quliyev Gözəl Bayramlının mövqeyindən tam fərqlənən açıqlama ilə çıxış edib. Eldəniz Quliyev sentyabrın 24-nə mitinq təyin etmək barədə qərarın həqiqətən olduğunu inkar etməyib, lakin repressiyalara görə bu aksiyadan imtina etdiklərini açıqlayıb.

“Bilirsiniz ki, sonuncu razılaşdırılmış mitinqdə bir neçə fəal həbs edilib. Biz də bunu nəzərə alıb mitinq keçirməyəcəyik”, – Eldəniz Quliyev Report.az-a bildirib

Qeyd edək ki, məhz Miili Şuranın bu müraciətini əsas götürən Müsavat rəhbərliyi, sentyabrın 24-də birgə aksiya keçirmək, müraciətin olunduğunu nəzərə alaraq BŞİH-ə yenidən müraciət etməmək barədə qərar qəbul edib. Bu qərar Müsavatın 18-sentyabr tarixli mitinqində partiyanın başqanı Arif Hacılının çıxışında səsləndirilib.

“Müsavat Partiyası gələn həftə üçün mitinq keçirməyi planlaşdırırdı. Amma mənim bildiyim qədər 24 sentyabrda Milli Şura mitinq keçirəcək. 25 sentyabr günü isə referendumla bağlı təblilağa icazə verilmədiyinə görə, biz həftə sonları mitinq edə bilmirik. Ona görə mən bu tribunadan bütün müsavatşılara səslənim deyirəm ki, 24 sentyabr həm də bizim mitinqdir. Siz də gəlin, qoşulun, Milli Şuranın 24 sentyabr mitinqinə”, – Arif Hacılı deyib.

E.Quliyev Müsavat Partiyasının rəhbərliyinin mitinqlə bağlı çağırışına da münasibət bildirib: “Çox güman ki, Müsavat rəhbərliyi Milli Şuranın bu qərarından xəbərsiz olub. Biz onların birlik çağırışlarına hörmətlə yanaşırıq”.
,
Mustafa Hacıbəyli
.
Bastainfo.com


This post has been seen 236 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: