Mitinqdə iştirak edən bir qrup müsavatçı polisə aparıldı

Bu gün günorta saatlarında Müsavatın Binəqədi rayon təşkilatının fəalı Sənani Hüseynov 5-ci polis bölməsinə aparılıb. 

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. Sənani Hüseynovun 18 sentyabr tarixli mitinqdə iştirak etdiyinə görə polisə aparıldığı bildirilir.

Bu gün həmçinin sözügedən mitinqə qatılmış Dəvəçi müsavatçıları da polisə aparılıb. Bu haqda Məclis üzvü Mərdan Mehdili məlumat verib.

“Razılaşdırılmış aksiyalarda iştiraka görə insanların polisə aparılması ciddi qanun pozuntusudur”, – Nemət Kərimli deyib.

Qeyd edək ki, bundan əvvəlki günlərdə də bir sıra müsavatçılar polis tərəfindən saxlanılıblar. Msavat Partiyasının mətbuat xidməti saxlanılan digər şəxslərin siyahısını açıqlayıb. Onların adlarını təqdim edirik:

Nürəddin Rüstəmli – Mingəçevir rayon təşkilatı,
Sərvan Davudoğlu – Sumqayıt,
Pərvin İsrafil – Sumqayıt,
Ayxan Hacıbəyli – Nəsimi,
Yaşar Türkazər – Xəzər,
Vüqar Zaman – Xətai,
Fizuli Zeynalov – Suraxanı,
Nizaməli Suleymanov – Suraxanı,
Valeh Hümmətoğlu – Nərimanov,
Nizami Osmanuşağı – Salyan,
Əli Quliyev – Laçın,
Rövşən Məmişov – Sumqayıt.
Müsavatdan verilən məlumata görə, Biləsuvar və Şirvandan mitinqə gələn müsavatçılar da polis tərəfindən saxlanılıb.
Son günlər ərzində AXCP-nin də bir qrup fəalı repressiyalarla üzləşib. Bu gün Müsavat Partiyası mitinqlərlə əlaqədar repressiyaları pisləyən bəyanat yayıb, tutulanların dərhal azad olunmasını tələb edib.
Bastainfo.com


This post has been seen 82 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: