Müsavat mitinqlərlə əlaqədar repressiyaları pislədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, iclasda İcra Aparatının rəhbəri Gülağa Aslanlı 18 sentyabr mitinqi barədə məlumat verib. Referendumla bağlı partiyanın mitinqi uğurlu hesab edilib. Mitinqlə bağlı təşkilati işlərdə əməyi olanlara təşəkkür bildirilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın qərargahında Almaniya səfirinin müavini Paul Amannla görüşü barədə məlumat verib.

Yığıncaqda başqan müavini Fərəc Kərimovun Bakı İstintaq Təcridxanasında BMT İnsan Hüquqları üzrə Ali Baş Komissarlığın Azərbaycan üzrə xüsusi məruzəçisi Mişel Forsla, həmçinin Divan üzvü Nemət Kərimlinin həmin şəxslə və Komissarlığın Cenevrə ofisinin rəhbəri Cəmşid Qazıyevlə görüşə barədə məlumatlar dinlənilib.

Divanda hakimiyyətin mitinq ərəfəsində və aksiyadan sonra siyasi repressiyalar, qanunsuz həbslər, yolların bağlanması, rayondan gələn şəxslərin iştirakına mane olması halları kəskin pislənilib, inzibati qaydada həbs olunanların azad olunması tələb edilib.

İclasda sentyabrın 28-də saat 15.00-da Müsavat Partiyasının qərargahında referendumun nəticələri ilə bağlı  MSDM-lə birgə Dəyirmi masanın təşkil olunması qərara alınıb.

MSK tərəfindən Respublika üzrə müşahidəçilərin ərizələrinin müxtəlif bəhanələrlə qəbul olunmamasının ardınca indi də dairə seçki komissiyalarının da ərizələri qəbul etməməsi Seçki Məcəlləsinin ciddi pozuntusu kimi qiymətləndirilərək pislənilib.

Bastainfo.com

One thought on “Müsavat mitinqlərlə əlaqədar repressiyaları pislədi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: