Müsavatçı gənc təhdid edilir

Bu gün Müsavat Partiyası Binəqədi rayon təşkilatının özək sədri və Müsavat Gənclər təşkilatının şura üzvü Qədir Nağıyevin əmisi və əmisi oğluna ayrı aylıqda, özünü Füzuli rayon icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxs zəng edərək, Qədir Nağıyevlə bağlı təhdidlər edib.

Bu haqda “Basta”ya Müsavat Gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəyli məlumat verib.

“Əllərində Qədirin mitinqdə iştirakını sübut edən şəkillər olduğunu, adının qara siyahıda olduğu, bu əməllərindən çəkinməsə başına iş gələcəyi ilə təhdidlər ediblər”, – Əbülfəz Sadıqbəyli bildirib.

Qeyd edək ki, bundan əvvəlki günlərdə də bir sıra müsavatçılar polis tərəfindən saxlanılıblar. Müsavat Partiyasının mətbuat xidməti saxlanılan digər şəxslərin siyahısını açıqlayıb. Onların adlarını təqdim edirik:

Sənani Hüseynov – Binəqədi rayon təşkilatı,
Nürəddin Rüstəmli – Mingəçevir,
Sarvan Davudoğlu – Sumqayıt,
Pərvin İsrafil – Sumqayıt,
Ayxan Hacıbəyli – Nəsimi,
Yaşar Türkazər – Xəzər,
Vüqar Zaman – Xətai,
Fizuli Zeynalov – Suraxanı,
Nizaməli Suleymanov – Suraxanı,
Valeh Hümmətoğlu – Nərimanov,
Nizami Osmanuşağı – Salyan,
Əli Quliyev – Laçın,
Rövşən Məmişov – Sumqayıt.
 
Müsavatdan verilən məlumata görə, Biləsuvar və Şirvandan mitinqə gələn müsavatçılar da polis tərəfindən saxlanılıb.
 
Son günlər ərzində AXCP-nin də bir qrup fəalı repressiyalarla üzləşib. Bu gün Müsavat Partiyası mitinqlərlə əlaqədar repressiyaları pisləyən bəyanat yayıb, tutulanların dərhal azad olunmasını tələb edib.

Bastainfo.com



This post has been seen 336 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: