Smaylik necə yarandı – MARAQLI

Smayl – əsasən gözləri ifadə edən iki nöqtə və ağzı ifadə edən qara qövslü sarı, gülümsəyən insan sifətinin stilistik qrafik görüntüsüdür. Smayliklər mədəniyyətin məhşur bir sahəsində istifadə olunur, sözün özü isə bütün emotikonlar ( emosiyaların qrafika ilə deyil,  durğu işarələri ilə ifadə edənlər) üçün ümumi termin olaraq istifadə olunur. Sözün etimologoiyası ingilis dilindən smiley – gülümsəyən mənasını verir.

nyht_smiley_10th_march_1953
1953-cü ildə “Lili” filminin reklam kampaniyasında xoşbəxt sifət təsviri ilk dəfə istifadə olunub.

Incəsənətdə emosiyaları ifadə etmək üçün insan sifətinin stilistik görüntüsünü ilk dəfə rejissor İnqmar Berqman “Port şəhəri” filimində istifadə etmişdir, lakin bu təsvir səfalət ifadə edirdi. Sonralar isə xoşbəxt sifət təsviri 1953-cü ildə çəkilmiş “Lili”, 1958-ci ildə çəkilmiş “Jiji” filmlərinin müxtəlif reklamları kampaniyalarında istifadə olunmuşdu. Xoşbəxt sifət ilk dəfə o vaxtların məhşur radiostansiyası WMCA –nın Nyu-yorkda keçirdiyi o zamanların məhşur radioşousu “Kuzen Bryussi”də istifadə olunmuşdu. Sorğuda qalib gələn radiodinləyicilərə xoşbəxt sifəti əks etdirən “Yaxşı oğlanlar” yazılmış önlük ilə təltif olunurdular. 1950-ci illərdə minlərlə önlük paylanılmışdı bu yolla.

1963-cü ildə amerikanın kommersiya rəssamı Harbi Boll, düymələrdə istifadəsi nəzərdə tutulan  xoşbəxt sifət ifadəsini yaratmaq üçün reklam kampaniyasına dəvət olunmuşdur. Onun tərəfindən hazırlanan qara oval gözlü və ağzının qırağında qırışları olan tünd sarı fonda  hazırlanmış təsvir ən yaxşı versiya oldu.

1967-ci ildə Bollanın dizaynı Sietldəki Federal Ehtiyyatlar və  Ödənişlər Universitetinin reklam kampaniyasında istifadə olundu. Sonralar, bu kampaniyanı təşkil etmiş adam – Devid Stern, 1993-cü ildə Sietl meri postuna namizədliyini vermişdir, və o, yenə də bu təsviri istifadə etmişdir.

1972-ci ildə Franklin Laufrani xoşbəxt sifət təsfirini “Smaylik” adlandıraraq avropa auditoriyasına təqdim edir. Yanvarın birindən isə “France Soir” adlı fransız qəzeti “Gülümsəmək üçün vaxt ayır” adlı promo aksiyaya start verir. Orda, yaxşı xəbərləri qeyd etmək üçün, və insanların oxumağa pozitiv və yüksək ahvallı məqalələrin tapması üçün smaylikin logotipi istifadə olunur.

70-ci illərin əvvəllərinəd Bernar qardaşları və Filadelfiyadan olan Mürrey Speyn, təsviri yeni malların satış kampaniyasında məhşurlaşdırdılar. Onlar düymə, kofe fincanları, futbol maykaları, bamper yapışqanları və smaylik və “Xoş gün arzulayırıq”(Dyula Boqarın dizaynı) ifadəsi ilə bəzədilmiş başqa mallar da satırdılar. Nyu-Yorkda düymə istehsal edən NG Slater  firması ilə əməkdaşlıq edərkən, 1972-ci ildə 50 miyondan çox xoşbət sifət təsviri satmışdılar.

XX əsrin 70-ci illərində xoşbəst sifət təsviri mənasız əhvalın zombisinə, Amerikada Nikson dörünün və “sevgi yayı” optimiszmindən yeni həyasız onilliyə keçidin simvoluna çevrildi. Xoşbəxt sifəti həmçinin “Mork və Mindi” serialında oğurlanmış furqonun üzərində də görmək olar. Həmçinin bu obraz “Forrest Qamp” filmində məhşur səhnədə ki, Forrest Bütün Amerika boyu müxtəlif yerləşdə qaçış edir, və tərini müflis olmuş satıcının ona verdiyi futbol maykasına silir, təqlid olunur. Mayka üzərində Forrestin sifəti əks olunaraq xoşbəxt sifət olaraq görsənir və bu ona yeni ideya verir.

Ilk kompüter smaylikləri isə 1982-ci ilin 19 sentyabrında yaranıb. Axtarışa görə bütün xərcləri üzərinə götürmüş Microsoftun iddiasına görə smaylların ilk izləri Karneqi Universitetində aşkarlanmışdır. Çoxlu sayda informasiyalara baxış keçirib emal etdikdən sonra Skott Flamanın məktubu tapılmışdır. O, bu məktubda müəyyən ardıcıllığda olmaqla simvol toplusunu yazılı müraciətlərdə emosiyaları əks etdirmək üçün təklif edir.

Beləliklə, 19 sentyabr kompüter smaylikinin yaranma günü kimi tarix olmuşdur.

Məqalə wikipediya materialları və müxtəlif məqalələr əsasında hazırlanmışdır.

Azər İsmayıl, bastainfo.com

 

%d bloqqer bunu bəyənir: