ABŞ Bakını referendum ərəfəsində açıq diskussiyalar üçün şərait yaratmağa çağırdı

Seçkilər demokratiyanın mühüm elementi və demokratik institutların təməl daşıdır. ABŞ seçkilərin qiymətləndirilməsi üzrə “qızıl standart” metodologiyasını hazırlayan ATƏT-in seçkilərin dəyərləndirilməsindəki mühüm rolunu yüksək qiymətləndirir.

Bu barədə çərşənbə axşamı Varşavada ATƏT-in insan ölçüsü üzrə müşavirəsində ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak bildirib, – “Turan” məlumat verir.

“Biz ATƏT regionunda seçkilərin müşahidə edilməsi üzrə ümumi öhdəliklərimizin irəliləməsi üçün səyləri qiymətləndiririk və  ABŞ noyabrın 8-də Amerikada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ATƏT DTİHB, AŞPA, həmçinin ATƏT dövlətlərini dəvət edib.

“ABŞ demokratiya və şəffaflıqla bağlı öz öhdəliklərinə çox ciddi yanaşır və bizim seçkilərin ATƏT tərəfindən monitorinqini səbirsizliklə gözləyir”, – o bildirib.

Sonra o, Azərbaycan da daxil olmaqla, bəzi ATƏT ölkələrində seçki prosesinin vəziyyətini qiymətləndirib.

“Biz sentyabrın 26-da keçiriləcək referendum ətəfəsində Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyini alqışlayırıq və Azərbaycan hökumətini referendumu keçirməzdən öncə bu rəyi nəzərə almağa çağırırıq.

Biz həmçinin hakimiyyəti təklif edilən düzəlişlərlə bağlı açıq ictimai diskussiyalar üçün əlverişli şəraitin yaradılmasına, söz və assosiasiya, eləcə də dinc toplaşma azadlığı hüququna hörmətlə yanaşmağa çağırırıq”,  – o vurğulayıb.

ABŞ demokratik islahatlara yardım göstərən DTİHB və digər ATƏT institutlarını  dəstəkləyir və seçkilərin müşahidəsi üzrə ATƏT missiyasını dəstəkləməkdə davam edəcəyini bildirir, Kozak qeyd edib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: