ABŞ-da polis zorakılığına qarşı etirazlar başladı

ABŞ-ın Şimali Karolina və Oklaxoma ştatlarında polis zorakılığına qarşı etirazlar başlayıb.

Çərşənbə axşamı Şarlotta və Talsa şəhərlərində keçirilən etiraz aksiyasına onlarla adam çıxıb.

Vaşinqton Post qəzetinin yazdığına görə, Şarlottada polislə toqquşmada azı 12 nəfər yaralanıb, 7 nəfərsə saxlanıb.

Son günlər bu şəhərlərdə polis 2 qaradərilini güllələyib və bu ölkədə yenidən etirazlara səbəb olub.

Onlardan biri bazar ertəsi Şarlottada öldürülüb.

Zabitlərin sözlərinə görə, o, silahlı olub və polisin tələblərinə tabe olmayıb.

Dərhal hadisə yerinə toplaşan sakinlər, insidentlə bağlı ədalətli istintaq aparılmasını tələb edib və gecəyədək dağılışmayıblar.

Həmçinin bazar ertəsi Talsa şəhərində eyni tələblə etiraz aksiyası keçirilib.

Ötən cümə günü burda da bir qaradərli polislər tərəfindən öldürülüb.

Ştatın polis departamenti bunun görüntülərini də yayıb.(azadliq.org)

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: