Freedom House: “İlham Əliyev Azərbaycanda insan haqlarının dəhşətli durumu üçün ən məsul şəxsdir”

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı prezident İlham Əliyevin sentyabrın 20-də Avropa Parlamentinin nümayəndələri ilə görüşdə onlarla bağlı söylədiklərini şərh edib.

Azadlıq radiosunun “Turan”-a istinadən verdiyi xəbərə görə, bu haqda təşkilatın saytı xəbər verir.

Təşkilatın fəaliyyətdə olan prezidenti Daniel Calingeart bəyanatında İlham Əliyev hökumətini sərt tənqid edib.

Sitat:

“Prezident Ilham Əliyev son 10 ildə Azərbaycanda insan haqlarının dəhşətli durumu , vətəndaş cəmiyyəti fəallarının və bütün siyasi müxalifətin həbsi üçün ən məsul şəxsdir”.

Daniel Calingeart bəyanatında “Freedom House”un Azərbaycanla bağlı çalışmalarını davam etdirəcəyini vurğulayıb.

“Freedom House Əliyevlərin başında dayandığı hökumətin insan hüquq və azadlıqlarını pozması hallarına daha artıq diqqət cəlb edən çalışmalarını həyata keçirməyə davam edəcək”, – bəyanatda vurğulanır.

Prezident İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə ölkə başçısı Freedom House təşkilatını qərəzdə günahlandırmışdı.
bastainfo.com
%d bloqqer bunu bəyənir: