Helikopter qəzaya uğradı

BU gün axşam saatlarında Moskva yaxınlığında Rusiya FHN-nə məxsus helikopter qəzaya uğrayıb.

Ria-Novosti agentliyinin qəza xidmətlərinə istinadən yaydığı xəbərə görə hadisə Moskva yaxınlığında, Lıtkarino şəhərində baş verib. Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfərin həlak olduğu qeyd olunur.

Məmbə bildirilir ki, həlak olanları hə üçü Mərkəzi aviasiya-xilasetmə mərkəzinin əməkdaşları idilər.

Qəzanın baş verməsinə ilkin rəy kimi texnikanın sıradan çıxması və uçuş zamanı pilotun səhvə yol verməsi göstərilir.

Məmbə onu da bildirir ki, qəzaya uğramış helikopterdə “Jukovski” Mərkəzi aviasiya-xilasetmə mərkəzinin rəhəbri Roman Frolov də olmuşdur. Bildirilir ki, Frolov helikopteri şəxsən özü idarə edirmiş.

Azər İsmayıl, bastainfo.com



This post has been seen 265 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: