İŞİD terrorçuları Rakkada üç nəfəri çarmıxa çəkib

Suriyada İŞİD terror qruplaşmasının silahlıları “paytaxt” elan etdikləri Rakka şəhərinin üç sakinini vəhşicəsinə edam ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sakinləri çarmıxa çəkiblər.

Edam edilən şəxslər sakinlərə şəhərdən İŞİD-in nəzarətində olmayan ərazilərə qaçmağa kömək etməkdə ittiham olunublar.

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: