Müsavat başqanının müavini polisə çağırıldı – YENİLƏNİB

Müsavat Başqanının müavini Səxavət Soltanlı bu gün Qaradağ rayon Polis İdarəsinə çağırılıb.

14:30

Səxavət Soltanı indi polis idarəsinə gedir.

“Hakimiyyət keçirilən mitinqlərdən necə narahat olubsa, mitinq öncəsi təqiblərlə kifayətlənmədən mitinq sonrası təqibləri davam etdirir”, – bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“Belə bir şəraitdə keçirilən referendumda xalq öz iradəsini azad ifadə edə bilməz. Bu həm Azərbaycan ictimaiyyətinə, həm beynəlxalq ictimaiyyətə gün kimi aydındır”, – Arif Hacılı bildirib.

Qeyd edək ki, Səxavət Soltanlı Müsavatın 18 sentyabr mitinqinin rəsmi təşkilatçılarından biri və aksiyanın aparıcısı olub.

***

19:42

Səxavət Soltanlı 4 saat polis idarəsində saxlandıqdan sonra sərbəst buraxılıb. Müsavat başqanının müavini “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, görüşdə Qaradağ rayon Polis İdarəsinin rəisi bir çox mövzularda, o cümlədən mitinq mövzusunda suallar verib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: