NİDA nümayəndə heyəti ATƏT-in illik toplantısında iştirak edir

Bu gün Varşavada ATƏT-in illik tədbiri öz işinə başlayıb. Tədbirdə NİDA Vətəndaş Hərəkatının nümayəndə heyəti də iştirak edir.

NİDA-nın beynəlxalq əlaqələr koordinatoru Nəcmin Kamilsoy da çıxış edib. Tədbirin əsas mövzularından biri toplaşma və birləşmə azadlığıdır.

N.Kamilsoy Azərbaycandakı insan haqqlarının pozulmasından, hətta icazəli aksiyalar zamanı insanların həbs olunmağından danışıb. O bildirib ki, referenduma təklif olunan dəyişikliklər hakimiyyəti daha da avtoritarlaşdıracaq və siyasi iştirakı daha da azaldacaq.

Tədbirdə həmçinin Nida üzvü Turqut Qəmbər də iştirak edir.(abzas.net)

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: