Qulam Ələkbərovun adamları “Azəravtoyol”dan uzaqlaşdırılır – Kürəkəni hədəfdə

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı dairə günbəgün daralır.
Belə ki, nazirin səlahiyyətləri əlindən alındıqdan sonra onun ətrafı, MDB məkanına uzanan “qolları” sıradan çıxarılır.
Vətəninfo.az-a daxil olan məlumata görə, Ziya Məmmədovun Ukraynadakı “sağ əli”, kriminal aləmdə tanınan Qulam Ələkbərovun ikili vətəndaşlığının olması nazirlə bağlı yeni skandal yaradıb. Belə ki, ölkəmizdə qanunvericiliyə görə, ikili vətəndaşlıq mümkün deyil. Bəs Qulam Ələkbərov bu addımı niyə atıb? O, hansı vasitələrən istifadə edərək, iki vətəndaşlıq alıb? Aydın görünür ki, Ziya Məmmədovun yaxın ətrafındakı şəxslər hətta ölkənin konstitusiyasını pozaraq, gizli yolla ikili vətəndaşlqı əldə ediblər. Təbii ki, bütün bunlar hamısı gələcəkdə hər hansı ekstremal hal baş verərəsə, özlərini sığortalamaq məqsədi güdür.
Mənbə bildirir ki, artıq Qulam Ələkbərovun nəzarətində olan şəxslərlə bağlı da müəyyən ölçülərin götürülməsi gündəmə gəlib.
Ələkbərova yaxın şəxslərin nəqliyyat sistemində, xüsusən də “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində yerləşiblər. Bildirilir ki, Ələkbərovun kürəkəni (adını dəqiqləşdirməyə çalışırıq. red) orada mühüm vəzifələrdən birini tutur. Məhz onun vasitəsilə də Qulam Ələkbərov “Azəravtoyol”da öz “layihə” və planlarını asanlıqla gerçəkləşdirə bilir.
Mənbə bildirir ki, Qulam Ələkbərovun media və bəzi ictimai xadimlərlə də əlaqələri var və bəzi media qurumlarından özünə “qalxan” kimi istifadə edir, istəmədiyi şəxslər barədə kopromatlar ötürür. Həmin saytlardan birinin rəhbəri də məhz “Azəravtoyol”da şöbə müdiri vəzifəsində çalışır. Görünən odur ki, Qulam Ələkbərovun ətrafında yaratdığı “çəmbər” daralır və bu dəfə özü ilə yanaşı, qohumları da hədəfə gəlib.
Qurumun rəhbəri isə Saleh Məmmədovdur ki, bu şəxsin də Qulam Ələkbərovla yaxın münasibətlərinin olduğu iddia olunur.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az

Bastainfo.com


This post has been seen 241 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: