Azərbaycanlı aktyorlar səhnəyə “pampers”də çıxdı – Təzyiqlər başladı + Fotolar

ADO teatrının yeni təqdim etdiyi “GOTT və ya Cənnətin işğalı” adlı tamaşası sənət adamları arasında böyük narazılığa səbəb olub.

AzNews.az xəbər verir ki, narazılığa səbəb teatrın aktyorlarının səhnəyə “pampers”də çıxması olub.

Teatrın bədii rəhbəri Elmin Bədəlov saytımıza açıqlamasında bildirib ki, tamaşa ilə əlaqədar kollektivə təzyiqlər başlayıb: “Amma biz qorxmuruq. İncəsənətlə məşğul olan adam qorxmamalıdır. Hələlik döyülən olmayıb. Amma belə getsə hər şey mümkündür. Ən dəhşətlisi odur ki, mübahisə sənət adamları arasında yaranıb. Onlar deyir ki, guya bu, sənət deyil”.

Qeyd edək ki, tamaşadakı rolları Ceyhun Zabitli, Qadir Əsədov, Elza Furtado və Kamal Aken canlandıracaq.

Onu da əlavə edək ki, tamaşanın müəllifi və rejissoru teatrın təsisçi və rəhbəri Elmin Bədəlovdur.

pampersdeuyr



This post has been seen 73 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: