Dünya Bankı Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib

Dünya Bankı Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib.

“Report”un əldə etdiyi məlumata görə, yeni menecer indiyə qədər Bankın Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri olmuş Naveed Hassan Naqvidir.

Yeni ölkə meneceri Dünya Bankında fəaliyyətinə 2004-cü ildə iqtisadi təhsil üzrə məsul vəzifəyə təyin edilməklə başlayıb. Bundan öncə isə o, Pakistan hökumətində bir sıra vəzifələrdə çalışıb.

N.H.Naqvi “Durham” və “Hull” universitetlərini bitirib.

Qeyd edək ki, Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bu ilin iyununda başa çatıb. O, hazırda karyerasını Liberiyada (Qərbi Afrika) davam etdirir.

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: