Sevinc Vaqifqızının valideynləri polisə çağrılıb

“Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi”

Jurnalist Sevinc Vaqifqızının valideynləri Binəqədi Rayon 6-cı Polis bölməsinə çağrılıb. Bu barədə Sevinc Vaqifqızı öz facebook səhifəsində yazıb.

Jurnalist valideynlərinin polisə çağırılmasının səbəbi kimi Milli Şuranın mitinqində iştirak etdiklərini göstərib:

“Anam və atamı Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar. Bu gün anama yaxınlaşan sahə müvəkkili Cəlil Abbasov deyib ki, yoldaşınızla bölməyə gəlin. Anam Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. Güman edirəm, atamı da ona görə çağırırlar ki, anam bölməyə tək getməsin. Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki,canlı gəlib deyib vərəqə nə ehtiyac var. Mən yenə təkid etdim. Dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz”.

 

Bastainfo.com

 



This post has been seen 73 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: