ABŞ və Rusiya müqaviləsinin bir hissəsi ictimailəşdirildi

Associated Press agentliyi cümə axşamı ABŞ və Rusiya arasında Suriya sülh müqaviləsi üzrə tərəflərin 9 sentyabrda razılığa gəldiyi sənədin bir hissəsini çap edib. 

Sızmaya görə, Aleppo şəhərinin əsas yolu rayonunda demilitarizasiya bölgəsi yaranmalıdır. Əldə olunmuş razılıq prezident Bəşər Əsədin ordusu və yaraqlılara münaqişənin qarşı tərəfinin tərk etdiyi əraziləri ələ keçirməyi qadağan edir. Razılaşmalar islaçıların və mötədil Suriya müxalifətinin nəzarətində olan ərazilərin sərhəd üzrə bölünməsini nəzərdə tutur.  Sənəd həmçinin müxalifət birləşmələrinin Rusiyada qadağan olunmuş Cəbhə-ən-Nüsra birləşməsindən fərqlənməsini nəzərdə tutur.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova informasiya sızmasını təsdiqlədi. O, qeyd edib ki, internetdə yayılan razılaşma beş mövcud sənədlərdən biridir.

Birləşmiş Ştatlar Suriya üzrə razılaşmanın yayılmasının əlehinə çıxış edərək, bu məlumatları “həssas” adlandırırlar. Kreml isə, əksinə, bəyan edir ki, razılaşmanın ictimailəşdirilməsi konfliktin həllinə yardımçı olacaq.

bastainfo.com

%d bloqqer bunu bəyənir: