Ata oğlunu hərbi xidmətə yola salıb özünü asdı – Azərbaycanda

Samuxda intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünü öldürməsinin səbəbləri məlim deyil.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Samux rayon Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədovun intiharı ilə bağlı bəzi məqamlar məlum olub.

Kəndin icra nümayəndəliyindən “Sputnik”ə verilən məlumata görə, iki qızı, bir oğlu olan R. Məmmədovun heç kimlə problemi olmayıb və kənddə yaxşı bir insan kimi tanınıb. Sentyabrın 11-də onun oğlu hərbi xidmətdən 10 günlük məzuniyyətə gəlib. İntihardan bir gün əvvəl isə ata oğlunu öz hərbi hissəsinə yola salıb.

Hərbi xidmətdə olarkən cərrahiyə əməliyyatı keçirdiyi üçün məzuniyyətə gələn oğlu isə gələn ay hərbi xidməti başa vurmalıdır.

R. Məmmədovun meyitini mərhumun məktəbli qızı və həyat yoldaşı tapıblar.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: