Müsavat finala çıxdı

Digər finalçı AXCP – VHP qarşılaşmasından sonra müəyyən olunacaq

Siyasi təşkilatları təmsil edən futbol komandalarının təşkil etdiyi futbol turniri başa çatmaq üzrədir. Futbol turniri tanınmış vəkil Elton Quliyevin xatirəsinə həsr olunub.

Dünən keçirilən yarımfinal oyununda Müsavat və Nida komandaları qarşılaşıb. Müsavatçılar 5:3 hesabı ilə qalib gələrək finala yüksəliblər. Bu haqda Müsavat komandasının baş məşqçisi Əbülfəz Sadıxbəyli “Basta”ya məlumat verib.

Digər finalçı AXCP – VHP qarşılaşmasından sonra müəyyən olunacaq.

Əbülfəz Sadıxbəyli maraqlı bir final olacağını, komandasının bu oyuna ciddi hazırlaşdığını bildirib.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: