Kompüter bilgilərinizi təkmilləşdirin

Bir çoxlarımız elə düşünür ki, kompüter işində çox bacarıqlıdı və bu sahədə onun bilmədiyi yoxdur. Bu əslində belə deyil. 99% kompüter istifadəçiləri texnika ilə sadəcə ibtidai bilgilər vasitəsi ilə davranırlar, istər Windows əməliyyat sistemi olsun, istərsə də “Makintoş”.

Bir çoxlarımız sadə baza, qısaldılmış klaviatura birləşmələrini bilmir. Ən yaxşı halda ctrl+c и ctrl+v birləşmələrini bilməsi ofis işçilərinin özünün kompüter bilgiləri haqqında yüksək fikrə düşməsinə zəmin yaradır.

 

Proqramçıların təcrübəsi və müşahidələr göstərir ki, shortcuts (şort-katlar) sizin kompüterdə iş sürətinizi kifayət qədər sürətləndirə bilər. 

Bu məqalədə biz sizə ofisdə sizə lazım ola biləcək çox vacib şort-katları təqdim edəcəyik. Əmin olun ki, bu birləşmlərdən istifadə etməyi öyrənməklə həyatınızın xeyli saatlarına qənaət etmiş olacaqsınız.

  1. Siz kompüterdən uzaqlaşmaq məcburiyyətindəsiz və onu vaxt itirmədən bloklamaq lazımdır. Necə?

 

Heç kim sevmir ki, onun çat yazışmalarını kimsə oxusun, yaxud gördüyü iş barədə işi bitirməmiş kimsə məlumatlansın. Yəqin siz də bi məsələdə istisna deyilsiniz və istəmirsiz ki, siz, tutalım, kofe içmək üçün iş başından ayrılarkən sizin iş dəzgahınızda eləşənsin. Buyurun, klaviaturanın bu düymələrinə toxunmaqla siz ani olaraq kompüteriniz kilidləyəcəksiniz

  • Windows üçün: “Window” düyməsi (aşağıda soldan ikinci) + L.
  • Mac üçün: Cmd + Alt + Eject.

2. Təsadüfən bağladığınız brauzer pəncərisini necə bərpa etməli?

Təəsüf ki, bu hal tez-tez təkrarlanır: brauzerin pəncərələrini bağlayarkən təsadüfən gərəkli olan pəncərəni də bağlayırsan. İtirdiyin məlumatı History-dən(ctrl+H) axtarmağa gərək yoxdur. Sizin diqqətsizliyinizin daha asan yolu var:

  • Windows üçün: Ctrl + Shift + T
  • Mac üçün: Command + Z (Safari) və Ctrl + Shift + T (Google Chrome üçün)

3. Kompüter donarkən neyləmək lazımdır?

 

 

 

 

 

 

 

 

 

 

 

Hərdən belə də olur. Oturmusan Photoshopda, işləyirsən özün üçün. Və birdən baş verə biləcək ən pis hal baş verir: kompüter donur. Çoxları, adətən Ctrl + Alt + Del şort-kat versiyasından istifadə edərək kompüterin yenilənməsini təmin edir. Amma bu ən yaxşı çıxış yolu deyil. Çünki gidər açıq olan məlumat və iş pəncərələrini də itirmiş olacaqsınız. Yaxşısı budur yalnız donmuş proqramı bağlayacaq şort-katdan istifadə edin:

  • Windows üçün: Ctrl + Shift + Esc
  • Mac üçün: Cmd + Option + Shift + Esc.

 

Bu düymələri 3 saniyə ardıcıl saxlamaqla donmuş proqram bağlanacaq və siz digər sənəd itkilərinə məruz qalmadan işini davam etdirəcəksiniz.

“Makentoşlarda” bu düymələrin adlandırılmasını bilməyənlər üçün göstəririk:

4. Pəncərələrin birindən o birinə sürətli keçidə nail olmaq üçün neyləmək olar?

ctrlshifttab

Вообще-то все намного проще. Siz bu iş üçün hələ də mause-dan istifadə edirsiniz? Amma bunun çox sadə yolu var:

  • Windows üçün: Alt+Tab
  • Mac üçün: Cmd + Tab

5. Səhifənin ünvanını tez yadda saxlamaq lazımdır?

Təcrübə göstərir ki, bu birləşmə sizə külli miqdarda vaxt qənaət etməyə mkan verəcək:

  • Windows üçün: Alt + D
  • Mac üçün: Cmd + L

6. Əgər rəhbəriniz sakitcə iş masasına yaxınlaşırsa və siz işlə yox, yazılşmaqla məğulsunuzsa:

 

Elə olur ki, tənbəllik adamın canına hakim kəsilir. Siz də işi buraxıb müxtəlif əyləncə saytlarında eşələnir, dostlarınızla yazışırsınız. Açıb tökmüsüz pəncərələri. Və birdən rəhbəriniz gəlir. Tez bir zamanda işlə məşğul olduğunuzu nümayiş etdirmək lazımdır. Bax belə:

  • Windows üçün: Windows + D
  • Mac üçün : Fn + F11

Bu şortkatlar ani olaraq artıq pəncərələri gizlədir və monitorda Word yaxud Excel proqramları görsənir.

7. Monitordan screenshot edərkən lazım olan hissəni necə seçməli?

 

Bütün Windows istifadəçiləri dostlarına nəsə göstərmək istəyəndə  “Print Screen” düyməsini sıxmağa vərdiş ediblər. Amma bəzən elə olur ki, monitorda məlumat lazımdından artıqdır və onları kəsmək yorucu və uzunçəkən proses olur. Beləliklə:

  • Windows üçün: Alt + Print Screen
  • Mac üçün: Cmd + Shift + 3 (screenshotlar fayla yerləşir), Ctrl + Shift + Ctrl + 3 (monitordan şəkil mübadilə buferiтэ вцюцк), Ctrl + Shift + 4 (fayla ekran şəklinin lazım olan hissəsi düşür), Ctrl + Shift + Ctrl + 4 (lazım olan hissə mübadilə buferinə düşür).

Ümid edirik ki, saytımız vasitəsi ilə əldə etdiyiniz məlumatlar sizin üçün gərəkli olacaq (www.lifter.com saytının məlumatlarından istifadə edilib).

BASTAnı izləyin.

bastainfo.com

44 thoughts on “Kompüter bilgilərinizi təkmilləşdirin

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: