Akif Çovdarovun işində olay – Zərərçəkmiş şəxs həbsxanada öldü

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Baş Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri – Azər Quliyev saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, A. Quliyev avqustun 20-də saxlanıldığı müəssisədə vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir..

Qeyd edək ki, “Azərtikinti ATF” MMC-nin direktoru olan A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: