Eldar Sabiroğlu: “Məni əsgər ölümlərini gizlətməkdə günahlandırırlar”

  “Məhkəmədə bir çıxışım zamanı Əbülfəz Elçibəy geri dönərək mənə bu sözləri dedi: “Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”.”

Sabiq deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Moderator.az  saytına müsahibə verib.Müsahibəni təqdim edirik.

 – Eldar müəllim, oğlunuz Rüfətin həbsi sizi də hədəfə gətirdi. Vaxtilə nümayış etdirdiyiniz siyasi mövqeyə tənqidi yanaşanlar sizi hakimiyyətə yarınmaqda ittiham edirlər. Bununla bağlı nə deyə bilərsiniz ?

– Olan işdi. Bunlar məni həyəcanlandırmır. Yarınmağa gəldikdə isə bunu başa düşmürəm. O zaman indikiləri də həmin cərgəyə daxil edib, hakimiyyətə yarınmaqda suçlamaq mümkündür… Digər tərəfdən hamının eyni cür düşünə bilməməsini də anlayışla qəbul edirəm. Ona görə də əks fikirlərlə çıxış edənləri topa tutmağa vaxt sərf etməyə lüzüm görmürəm. Ancaq bir məsələ vardır ki, bu “həqiqət” carçıları Rüfət birinci dəfə həbs edilərkən, yaxud ev dustaqlığına buraxılarkən nədən belə “dürüstlük” ortaya qoymadılar, 9 il azadlıqdan mərhum ediləndən sonra qələmə güc verdilər. Səbəblər çox ola bilər. Burada məcburi təsirləri, sifarişləri də kənara atmaq qənaətində deyiləm. Məsələn, məni əsgər ölümlərini gizlətməkdə günahlandırırlar. Bununla necə razılaşa bilərəm? MN-də xitmət etdiyim 7 illik bir dövrdə heç bir əsgər ölümünü nə qapalı saxlamış, nə də belə hadisələrə başqa mənalar verməklə həqiqəti gizlətmişəm. Azərbaycan o qədər də böyük ölkə deyil. Hər hansı ciddi bir hadisə dərhal sıçrayışla hər tərəfə yayılır. Bunun üzərində düşünməyi məni hədəf götürənlərə məsləhət görərdim!

– Bəs belədirsə, niyə bu ittihamlar indi ortaya atılır?

 – Maraqlı da burasıdır. İndi bəziləri meydançada topu istədikləri istiqamətə ötürmək üçün əlverişli fürsət əldə ediblər. Yeri gəlmişkən, haqqımda arxivlərdən çıxarılaraq bu gün dövriyəyə buraxılan bir məlumatı sizin diqqətinizə çatdırmaq məcburiyyətindəyəm.

Təxminən 20 il əvvəl belə bir hadisə olmuşdur. Əbülfəz Elçibəy prezident Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilmişdir. O zaman mən Heydər Əliyevin içtimai müdafiəçisi qismində rəsmi olaraq məhkəmə prosesində iştirak edirdim. Məhkəmədə çıxışlarım da olmuşdu. Mən bunları danmıram… Sosial şəbəkələrdə yayılan bu məlumatda müəllif bildirir ki, guya, tez-tez Əbülfəz Elçibəyin çıxışlarını kəsir, ona danışmağa imkan vermirdim. Bax burası tamam uydurmadır. Bir şeyi xatırlatmaq istəyirəm ki, məhkəmədə bir çıxışım zamanı Əbülfəz Elçibəy geri dönərək mənə bu sözləri dedi: “Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”. Ağır və sərt sözlər idi. Lakin Əbülfəz Elçibəyə söz qaytarmadım. Ürəyimdə isə onun bu ittihamına mənasız və acıqlı münasibət kimi yanaşdım. Bu tarixin bir dərsi idi…

Əlbəttə, çoxdanın bu hadisəsinin indi sosial şəbəkələrdə yayılması təsədüfi deyil. Mənə qarşı tənqidlərin sayını artırmaq, üzərimə Elçibəysevərləri qaldırmaq niyyəti güdülür. Burada başqa məqsədi müəyyən etməyə çətinlik çəkirəm. Lakin bununla belə bir tarixi üzə çıxardığına görə həmin yazara təşəkkür edirəm…

Fürsətdən istifadə edib son olaraq ona bir sual vermək məcburiyyətindəyəm. Bu gün cəmiyyət üçün mən daha təhlükəliyəm, yoxsa satılmışlar, ikiüzlülər, bankları talan edənlər, rüşvəti milyonlarla alanlar və sair və iləaxır… Hörmətli yazardan bunun cavabını xahiş edərdim.

 -Eldar müəllim, indi keçək sizi qayğılandıran başqa bir məsələyə. Bu, oğlunuzla bağlıdır. Ondan bir xəbər varmı? Rüfət evlə əlaqə saxlaya bilirmi? 

 – Təcridxananın daxili qaydalarına görə, onunla həftədə iki dəfə telefonla danışırıq. Vəkili Bəhruz Bayramov – ALLAH ömürünü üzun eləsin, çox əziyyət çəkir, tez-tez Kürdəxanaya gedir, Rüfətin vəziyyəti ilə yaxından maraqlanır. Rüfət bu gün zəng etmişdi. Saxlanma şəraitindən bir narazılığı yoxdur. Hiss etdim ki, əhvalı o qədər də pis deyil.

 – Hazırda nə kimi addımlar atmaq fikrindəsiniz?

 – Mövcud hüquq qanunvericiliyinə uyğun olaraq bütün imkanlardan istifadə edəcəyik. Apellasiya şikayəti verəcək, bu zaman yenə də ədalətsiz münasibətlə rastlaşsaq, növbəti müraciətimiz Ali Məhkəməyə olacaq. Bu inistansiyadan da əlimiz üzülsə, çarəmiz qalır beynəlxalq hüquq təşkilatlarına müraciət etməyə.

Rüfət sifarişin qurbanıdır. Doğrudur, lap əvvəlcədən onun bu mövqeyi ilə razılaşmasamda, onu tutduğu yoldan döndərə bilmədim. Rüfət qanunsuzluğa və rüşvətxorluğa etiraz əlaməti olaraq vəzifəsindən istefa verdi. Həngamə də bundan sonra başladı. Rüfəti haqsız olaraq rüşvərxorluq maddəsi ilə cinayətə cəlb etdilər. Heç olmazsa cibinə narkotika atıb tutaydınız. Əgər sabiq müstəntiq belə rüşvət həvəskarı idisə, daha niyə işi ilə xudahifizləşirdi, elə qalıb rüşvətini almaqda davam edəydi. Oğlum bu adamlara əl-qol açmaq üçün yaxşı imkanlar verdi.

– Bir qədər açıq danışmağınızı xahış edərdim?

-Rüfətdə də günah var. Gərək dərk edəydi ki, Əli İnsanovu müdafiə etməklə hansı təhlükələrlə üzləşə bilər. O isə müəyyən reallıqları nəzərə almayıb, özünü ciddi problem qarşısında qoydu. Birinci dəfə necə tapşırıqla azadlığa buraxılmışdısa, ikinci dəfə də həmin tapşırıqla 9 il müddətinə zindana atıldı. Artıq keçib, təkrar-təkar bunun söyləməyimin bir faydası yoxdur.

-Eldar müəllim, əvvəl sizinlə əlaqə saxlayanlarla yenidən təmas qurmağa çalışdınızmı?

-Xeyr, nə mənimlə danışan oldu, nə də mən kiminləsə ünsiyyət yaratmağa cəhd etdim. Çünki bunun bir əhəmiyyət kəsb etməyəcəyinə əmin olduğuma görə nə özümə, nə də başqasına əziyyət verməyə lüzüm görmürəm.

Bastainfo.com



This post has been seen 22 times.

22 thoughts on “Eldar Sabiroğlu: “Məni əsgər ölümlərini gizlətməkdə günahlandırırlar”

  • 31.10.2016 at 08:14
    Permalink

    I simply want to say I’m beginner to blogging and really savored you’re blog site. Very likely I’m want to bookmark your site . You surely have great articles. Regards for sharing with us your blog.

    Reply
  • 06.11.2016 at 15:06
    Permalink

    I’ve learn several good stuff here. Definitely worth bookmarking for revisiting. I surprise how so much effort you set to make the sort of fantastic informative web site.

    Reply
  • 12.11.2016 at 08:50
    Permalink

    great submit, very informative. I ponder why the other specialists of this sector do not notice this. You must proceed your writing. I’m confident, you have a huge readers’ base already!

    Reply
  • 15.11.2016 at 19:30
    Permalink

    Thank her so significantly! This line is move before dovetail crazy, altarpiece rather act like habitual the economizing – what entrepreneur groovy night until deal with starting a trade.

    Reply
  • 22.11.2016 at 15:32
    Permalink

    I have been absent for some time, but now I remember why I used to love this site. Thank you, I¡¦ll try and check back more frequently. How frequently you update your site?

    Reply
  • 23.11.2016 at 09:17
    Permalink

    I simply could not go away your web site prior to suggesting that I in fact enjoyed the normal data an individual supply to your visitors? Is gonna be once more continuously in order to take a look at new posts

    Reply
  • 24.11.2016 at 20:30
    Permalink

    834977 29520Good read, I just passed this onto a colleague who was performing some research on that. And he in fact bought me lunch as I identified it for him smile So let me rephrase that: Thank you for lunch! 673259

    Reply
  • 25.11.2016 at 15:13
    Permalink

    magnificent submit, very informative. I ponder why the opposite experts of this sector don’t realize this. You need to proceed your writing. I’m certain, you’ve an excellent readers’ base already!

    Reply
  • 28.11.2016 at 09:17
    Permalink

    269008 810358How significantly of an exciting piece of writing, continue creating companion 110546

    Reply
  • 29.11.2016 at 19:29
    Permalink

    A truly exciting examine, I may possibly not concur entirely, but you do make some truly legitimate points.

    Reply
  • 01.12.2016 at 04:24
    Permalink

    153790 515623I always was interested in this topic and nonetheless am, regards for posting . 264651

    Reply
  • 06.12.2016 at 14:38
    Permalink

    I haven¡¦t checked in here for some time since I thought it was getting boring, but the last few posts are good quality so I guess I will add you back to my everyday bloglist. You deserve it my friend 🙂

    Reply
  • 07.12.2016 at 09:27
    Permalink

    Enjoyed looking through this, very good stuff, appreciate it. “To be positive To be mistaken at the top of one’s voice.” by Ambrose Bierce.

    Reply
  • 09.12.2016 at 15:42
    Permalink

    975863 427422I very happy to find this website on bing, just what I was looking for : D too bookmarked . 23023

    Reply
  • 10.12.2016 at 18:25
    Permalink

    great issues altogether, you basically gained a new reader. What could you recommend about your post that you produced some days in the past? Any positive?

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: