İnsan olmaq – fəda etmək deməkdir

Elə insanlar var ki, onları mütləq tanımalıyıq. Onlar nə mal-pul davası aparır, nə ictimayı status, nə də siyası mövqe…

Bu insanların tək amalı, arzusu var – o da, sivil, demokratik cəmiyyətə sahib olan Azərbaycan!

Hədəflərinə çatmaq üçün nə edir onlar, nələri fəda edirlər bunu ancaq yaxınları bilir, yaşadıqları məhdudiyyətlərdən ancaq dostları xəbərdar olur.

İnsanın öz yaxınları imtina edir bəzən – üzdəniraq xəstəliyə yaxalananda, çətinə düşüb, darda çırpınanda. Amma, bunun tam əksini edənlər də, var. Sahiblənmək, qayğısını çəkmək, o ağır yükün altına girməklə…

Bizə düşən isə, bu fədakarı cəmiyyətə tanıtmaq, əqidə yoldaşımızın harayına çatdığı üçün sevgi və minnət duyğularımızı sözlərin dili ilə ona çatdırmaqdır.

Bu xanımı çoxunuz tanıyırsınız bəlkə də, adı Mətanət İsmayldır.

Meydanlarda ön sıralarda duran, rejimin xalqa etdiyi zülmə səssiz qalmayan, ailləlikcə, candan, qandan müsavatçı Mətanət İsmayıl!

Ailəlikcə müsavatçıdırlar. Bacısı Kəmalə ilə həmişə mitinqlərin önündə gedən, dəfələrlə həbsə, təqibə məruz qalan Mətanət İsmayıl!

Xəbər verdiyimiz kimi Müsavat Məclisinin üzvü, partiya fəalı, müxalif cameədə mübarizliyi ilə seçilən Könül Mirzəyeva (Könül Turan Türk) uzun sürən xəstəlikdən əziyyət çəkir. Könül xanımın bu ağır günlərində onun dizinin dibini kəsdirən, ona əsl ana-bacı qayğısı göstərən Mətanət İsmayıl gecə-gündüz onun yanındadır. Könül xanım tam sağalmayınca, onun yanından əl çəkən deyiləm deyir…

Təkcə mübariz xanım kimi yox, əsl fədakarlıq nümunəsi göstərən Mətanət İsmayıl bax belə insanlıq nümunəsini də, ortaya qoydu.

Əlimizdən Könül xanıma şəfa diləmək, Mətanət xanıma isə Var ol! Yaşa türk qızı! – demək gəlir.

Siz tarix yazırsiniz, xəbəriniz olsun – insanlığınız, qadınlığınız, mərdliyinizlə!

Könül Alı



This post has been seen 278 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: