Sietldə terror

Ötən gecə Sietldə terror hadisəsi baş verib. Cascade Mall ticarət mərkəzinə basqın zamanı 4 nəfərin öldüyü bildirilir.

23 sentybar gecə Sietldə terror hadisəsi baş verib. “Cascade Mall” ticarət mərkəzinə basqın zamanı azı 4 nəfərin öldürüldüyü bildirilir. washingtonpost.com informasiya portalının yaydığı məlumata görə azı bir basqınçı hələ də azadlıqdadır. Sietldən 65 mil kənarda yerləşən ticarət mərkəzində  dünyasını dəyişmiş dörd vətəndaş hücum etmiş basqınçılar tərəfindən güllələnmişlər.

Polis çavuşu Mark Frensisin mətbuata verdiyi məlumata görə azadlıqda qalmış terroçulardan biri sonuncu dəfə boz rəngli geyimdə İnterstate 5 ünvanda müşahidə kameralarında görünmüşdür.

Cavuş Frensisin bildirdiyinə görə ötən gecə 20:30 radələrində ticarət mərkəzindəki adamlar evakuasiya olunmuş, təcili tibbi yardım tərəfindən yaralılara tibbi yardım göstərilmişdir.

Terroçuların məqsəd və tələbləri barədə hər hansı bir məlumat verilmir.

bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: