Susun. Amma həmişəlik

Alya Yaqublu

Ən pisi odu ki, siz ağıllısız, vicdanın nə olduğunu da bilirsiz. Bilməsəydiz, nələr baş verdiyini, bu referendumun nələrə yol açacağını anlamasaydız, susmanız bu qədər eybəcər görünməzdi.
Susdunuz ki, karyeranıza xələl gəlməsin, işinizi itirməyəsiz. Maaşınızı yox ha, işinizi deyirəm, çünki siz həm də savadlı, hətta istedadlısız, o “bir tikə çörəyi” başqa yerdə də qazana bilərdiz. Zatən çox deyilsiz, sizə yetdik yer tapılardı bu ölkədə. Həm hakimiyyətin “toçkalarında” işləməyənlər acından ölmürlər ki.

Siz təkcə xalqı yox, hər birimizi aşağılayan, ən aşağı sort vətəndaşa – təbəəyə çevirəcək konstitusiya dəyişikliklərinə etiraz eləmədiz. Halbuki bu, qəhrənanlıq deyildi, normal vətəndaşlıq mövqeyi idi. Yapmadız, sükutunuzla YAP-ın yanında yer aldız. Neynək, necə deyərlər, günahı sizin boynunuza. Susun. Amma həmişəlik. Günün birində bu utancınızı unudub başqalarını – min məhrumiyyət içində rejimə qarşı çıxanları tənqid eləməyə qalxmayın. Siz bu haqqınızı itirdiz. Sizin daha heç vaxt buna haqqınız çatmayacaq.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: