Bakı Avro2020-nin ən pis şəhərlərindən biri hesab olunur

ABŞ-ın məhşur isman saytı The Comeback Avro-2020 futbol çempionatının keçiriləcəyi 13 şəhərin reytinqini açıqlayıb. 

Saytın apardığı sorğuda aşağıdakı meyarlar nəzərdə tutulurdu: şəhərdə futbolun inkişafı və turizmin inkişafı baxımından şəhərin özünün vəziyyəti. Dörd oyunun, onlardan biri dördəbir final olmaqla, keçirilməsi nəzərdə tutulan Bakı, meyarlara müvafiq olaraq, 3 və 6 bal toplayaraq 13 şəhər arasında 12-ci yeri tutmuşdur.

The Comeback saytının araşdırmalarına görə UEFA-nın klub reytinqində 25-ci yeri tutan ölkə Premyer-liqası oyunları xaric Bakıda o qədər də futbol yarışlarına yer ayrılmır.

“Bu şəhər Avro-2020 keçiriləcək o biri şəhərlərdən fərqli olaraq o qədər də tanınmış şəhər deyil, – sayt qeyd edir. – Xoş dənizkənarı şəhər olmasına, keçmişi və gələcəyi özündə cəmləşdirməsinə baxmayaraq Avropanın əsas hissəsindən uzaqdır, həmçinin yarış keçiriləcək digər şəhərlərdən də aralıdır və ora getmək nisbətən çətindir”.

The Comeback-in sorğusuna əsasən Bakıdan pis yalnız 8 bal toplayan Budapeşt olmuşdur.

Şəhərlərin reytinq cədvəlində birinci yeri London(20), ikinci yeri – Münhen(18), üçüncü yeri isə Roma(17) tutmuşdur.

Sonrakı ardıcıllıq isə belədir: Bilbao(15), Qlazqo(14), Brüssel(12), Dublin(11), Buxarest(11), Kopenhagen(10), Sankt-Peterburq(10), Bakı(9), Budapeşt(8). 

Xatırladıqırıq ki, sentyabrın 30-da Bakıda Avro-2020 futbol çempionatının loqotipinin təqdimat mərasimi keçiriləcək.

Azər İsmayıl, bastainfo.com

One thought on “Bakı Avro2020-nin ən pis şəhərlərindən biri hesab olunur

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: