Britaniya: Jeremy Corbyn yenidən Leyboristlər partiyasının lideri seçildi

Britaniyanın Leyboristlər partiyası Jeremy Corbyn-i yenidən öz lideri seçib. Müvafiq bəyanat partiyanın Liverpool şəhərində keçirdiyi qurultaydan sonra verilib.

Səsvermənin nəticələrinə əsasən Jeremy Corbyn-in namizədliyini 313.209 partiya üzvü dəstəkləyib. Onun rəqibi, sabiq jurnalıst Owen Smith isə 193.229 səs toplayıb.

Jeremy Corbyn partiyadaşlarına “dəstək və etimada” görə minnətdarlığını bildirib. O, opponenti ilə özünün vahid partiyaya mənsub olduğunu qeyd edib.

Yeni seçkilər təşəbbüsü ilə Leyboristlər partiyasından millət vəkilləri çıxış ediblər. Onlar cənab Corbyn-i Brexit əleyhinə təbliğat kampaniyasının yarıtmaz təşkilində ittiham edir.

“Vaxtilə siyasi autsayder və qatı “solçu” kimi tanınan Corbyn ötən ilkindən daha artıq səscoxluğu ilə qələbə qazanıb”, Leyboristlərin qurultayından BBC müxbiri Rob Watson xəbər verir.

Jeremy Corbyn ötən il keçirilən seçkilərdə səslərin 59,5 faizilə qələbə qazanaraq Leyboristlər partiyasının lideri seçilib.

Hərçənd ki, onun namizədliyi partiya daxili çəkişmələr və qütbləşməyə səbəb olub, BBC təhlilində deyilir.(BBC)

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: