Donald Trump debata Bill Clintonun keçmiş sevgilisini “çağıra bilər”

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Trump bazar ertəsi rəqibi Hillary Clinton ilə olacaq debata Bill Clintonla məhəbbət əlaqəsi olmuş Jennifer Flowers-i də dəvət edəcəyi ilə hədələyib.

Cənab Trump bunu ötən həftə milyarder Mark Kubanın apardığı proqramda tənqid olunduqdan sonra açıqlayıb. Cənab Kuban bildirib ki, onu proqrama xanım Clinton-un seçki kampaniyası dəvət edib.

Jennifer Flowers Twitterdə jurnalistlərin suallarına cavab olaraq bildirib ki, proqramda iştirak edə bilər. Lakin onun cənab Trumpdan dəvət alması və ya cənab Trump-ın tvitini dəvət kimi anladığı bəlli deyil.

Seçki kampaniyaları tez-tez siyasi təsir göstərmək üçün tanınmış şəxsləri seçkilər öncəsi debatlara dəvət edir.

Üç dəfə ailə qurmuş cənab Trump birinci həyat yoldaşı ilə evli olarkən ikinci həyat yoldaşı ilə sevgili olub.

“Hillary Clinton debatları insanların həyatlarına təsir edən problemlərin müzakirəsi üçün istifadə etməyə çalışır. Heç təəccüblü deyil ki, Donald Trump isə başqa yol seçib”, Clinton-un seçki kampaniyasının direktoru Jennifer Palmiery bildirib.(BBC)

 

 

Bastainfo.com



This post has been seen 71 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: