Krım tatarları yarımadanın administrativ sərhəddinə doğru yürüş ediblər

24 sentyabrda Krım tatarlarının fəalları Krım blokadasının ildönümündə yürüş keçiriblər. Onlar Çonqar kəndi yaxınlığında yerləşən yarımadanın administrativ sərhəddinə doğru irəliləyiblər. 

Yürüşdən əvvəl Kiyevdə keçirilmiş mətbuat konfransında blokada qərargahının rəhbəri Lenur İslamov qeyd etmişdir ki, yürüş edərək rusların üstünə gedəcəklər: “Biz onları məcbur edəcəyik ki, bütün qüvvələrini sərhəddə toplasınlar. Qoy öz “beretlərini” toplayıb bizi gözləsinlər. Onlar sonra nə edəcəklərini bilmirlər, ona görə də hər gün bizim ora gəlməyimizi gözləsinlər”. İslamovun sözlərinə görə məqsəd rus işğalçılarının bir neçə mtrliyinə yaxınlaşmaqdır.

krim002_bast

 

 

 

 

 

 

 

 

 

 

 

 

Aksiyaya “Sağ sektor” və “Azov” birləşmələri dəstək olublar.

“Danışır Moskva” radiosunun məlumatında aksiyada 150 nəfər insanın iştirak etdiyi səsləndirilib. Ukrayna bayraqları ilə hərəkət edən aksiyaçılar milli şüarlar səsləndiriblər.

krim004-bast

 

 

 

 

 

 

 

 

 

Ukrayna sərhədçiləri aksiyanın keçirilməsinə mane olmayıblar və aksiya kifayət qədər sül xarakterli olub. Refat Çubarov təxminən 20 dəqiqəlik nitqində rus sərhədçilərinə də müraciət edib və onlara çemodanlarını yığıb “qitəyə qayıtmağı” təklif edib. Ukrayna və Krım tatarları Məclisi hesab edir ki, bu aksiya, 2014-cü il anneksiyasına görə, Rusiya üçün özünəməxsus cəza tədbiridir.

Öz növbəsində, Rusiya XİN qeyd edir ki, “Krım tatarları Məclisi” Krım tatarlarını təmsil etmir, özünü təfrikçi və ekstremist mövqeyi ilə nufuzdan salmışdır. Eyni mövqeni Natalya Poklonskaya Krım Ali məhkəməsinin iclasında da sərgiləmişdir.

Jurnalist Ayder Mujdabayev öz facebook səhifəsində aksiya haqqında təəsüratlarını bölüşmüşdür.

” Bir kilometr uzunluğu olan yürüş, başda Krımın vətəndaş blokadasının lideri, Xerson vilayəti Qenik rayonun rəhbəri olmaqla, tam şəkildə təmas xəttinə şüarlar səsləndirərək yaxınlaşdı: “Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!”, “Krım – Ukraynadır!”, “Öncə Ukraina!”, “Allahu Əkbər!”(Allah böyükdür) ” – Mujdabayev yazır.

Jurnalistin qeydinə görə yürüş Ukrayna Dövlət himninin xorla oxunması ilə başa çatmışdır.krim003-bast
  krim005-bast
 Azər İsmayıl,  bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: